Xalca Yuma, Divan yuma, Perde yuma
Xalca Yuma, Divan yuma, Perde yuma-İstər ev əşyalarının təmizliyi olsun istərsədə fərdi təmizliyimizdə gigyena çox vacib şərtdir. ”Maksimum Təmizlik” Xalca Yuma firması da təmizliyi görüləcək məhsulların gigiyenasına çox önəm verir. Beləki xalca yumada istifadə olunan dərmanlar və şampunlar sağlamlığa zərəri olmayan antibakterial və dezinfeksiya edici Xalca Yuma şampunlarıdır ki bunlar bizi xalçalarımızda olan və gözlə görülməyən və sağlamlığımız üçün təhlükəli olan bakteriyalardan və mikroblardan qoruyur.
Xalçalar Xalca Yuma fabrikinə gətirilərkən ilk öncə tozalma işi görülür və yüksək vakkumlu təzyiq ilə xalçanın dib hissəsinə hopmuş tozlar və yemək qırıntıları xalçalardan azad olunur. Sonra xalcalar yuma prosesinə göndərilir və yuyulduqdan sonra isə qapalı məkanda ventilyasiya şəraitində qurudulur.
Xalcalar qurudulduqdan sonra isə yenidən xalçalara dezinfeksiya məhlulu vurulur. Yuyulan məhsulların təmizliyi ilə yanaşı işçilərin fərdi gigiyenasına da “Maksimum təmizlik” firması tərəfindən önəm verilir. Beləki işçilərin hər biri tibbi maskalar və dezinfeksiya edici məhlullarla təmin olunub. Xidmət göstərilən hər bir ünvanda müştərilərlə sosial məsafə saxlanılır və ünvana daxil olmazdan əvvəl spirt və dezinfeksiya edici məhlullardan istifadə edilir.
Bölgələr üzrə Xalca Yuma xidməti
Hər bir qurumun fabrikin şirkətin uğur qazanmasında təcrübəli işçi heyətinin əməyi çox böyükdür. Maksimum Təmizlik Xalca Yuma şirkəti 2009-cu ildən fəaliyyət göstərir. Bakı Xalca Yuma şirkətləri arasında təcrübəli və peşəkar işçi heyəti ilə seçilir.
Xalca Yuma firmamız yalnız Bakı daxili deyil Sumqayıt xalca Yuma, Xırdalan xalca Yuma firmaları ilə Bakıdan kənar bölgələrdə fəaliyyət göstərir. Artıq 4 il olar ki Bakı Xalca yuma firması ilə yanaşı Xırdalanda Xırdalan Xalca Yuma, Sumqayıtda Sumqayıt xalca yuma fabriklərimiz fəaliyyətə başladı. Beləki “Maksimum Təmizlik” xalca yuma firması öz fəaliyyət bölgəsini genişləndirərək daha geniş miqyasda xidmət göstərir.
Xalca Yumada Qiymət
Xalca Yumada hər bir müştəri üçün ən önəmli olan faktor göstərilən xidmətin keyfiyyətidir. Daha sonra əlbətdəki münasib qiymətlərdirki buda müştərinin büdcəsinə uyğun olmalıdır. Maksimum Təmizlik firması həm göstərilən yüksək xidmət həmdə Ucuz Xalca Yuma və digər təmizlik xidmətləri ilə müştərilərinin etibarını qazanmışdır.
Azərbaycan bazarında bir çox ucuz xalca yuma şirkətləri var ki görüləcək işin maliyyətini aşağı salmaq üçün daha ucuz yuyucu vasitələrdən və şampunlardan istifadə edirlərki bu da keyfiyyətdə özünü biruzə verir. Ancaq Maksimum Təmizlik şirkəti yüksək keyfiyyətli ucuz xalca yuma və təmizlik xidmətləri ilə qiymətlərini öncül bir prinsip olaraq qarşıya qoyur. Bizə zəng vurun Siz də bizim sərfəli ucuz xalca yuma xidmətlərimizdən faydalanın
Xalca Yumada Keyfiyyət
Yuxarıda vurğuladığımız kimi qısa müddətdə xalca yuma firmamız ətrafına geniş bir müştəri kütləsi cəlb etmişdir. Bu nailiyyətlərin əldə olunmasında ən başlıca səbəb isə əlbəttə ki göstərilən xidmətin keyfiyyətidir. Göstərilən hər bir təmizlik xidmətinə xüsusi diqqət ayrılır ki bu da bizim iş prinsipimizdir. Aşağıda sadaladığımız özəlliklər bizi digər təmizlik firmalarından fərqləndirir.
-Firmamız işçi kollektivi
-Həftə içi hər gün fəaliyyət göstəririk
-Vaxtında Çatdırılma xidməti
-Peşəkar işçi kollektivi
-Professional təmizlik avadanlıqları və keyfiyyətli təmizlik məhsulları
-Müştərinin əmlakına qarşı diqqət və məhsuliyyət
Xalca yuma Pulsuz Çatdırılma
Qeyd etdiyimiz kimi “Maksimum Təmizlik”firması Bakı Xalca yuma, Sumqayıt Xalca yuma, Xırdalan Xalca yuma firmaları ilə bu bölgələrdə müştərilərinə xidmət göstərir. Həftə içi hər gün xidməti avtomobillərimiz sizin qulluğunuzda hazırdır. Ödəniş olunarkən isə ancaq təmizlik xidməti haqqı üçün ödəniş edirsiniz. Təhvil-təslim üçün isə heç bir ödəniş etmirsiniz. Çatdırılma xidmətimiz pulsuzdur. Siz də bizim təmizlik xidmətlərimizdən yaralanın və təmizlənmiş məhsullarınızı evinizə pulsuz çatdıraq
Perde Yuma
Bildiyimiz kimi pərdələr ev dekorunun bir hissəsini təşkil etməklə yanaşı həm də evimizin çöldən görünməsinin qarşısını alan ev əşyalarından biridir. Evimizə daxil olan günəş şüalarının qarşısını almaqla pərdələrimiz gün boyu evdə olan tozu daxilinə çəkir və müəyyən müddətdən sonra rəngində saralma və çirklənmələr olur.
Pərdələrin rənginin dəyişərək saralması və çirklənməsindən daha qorxulu onun bu vəziyyətdə sağlamlığımıza zərərli olmasıdır. Əlbəttəki ilk öncə ağlımıza gələn xəstəliklərdən biri də alergiya xəstəliyidirki Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən insanların statistikası böyük rəqəmlərlə müşahidə olunur. Bunun üçün heç olmasa ayda bir dəfə dərin ev təmizliyi olmalı və 3-5 aydan bir evimizdə olan pərdələrin yuyulması lazımdir.
Bildiyimiz kimi ev şəraitində perde yuma çox çətin bir işdir. Bunun üçün geniş bir qapalı məkan, keyfiyyətli və professional yuyucu vasitələri və perde yuma üçün müəyyən avadanlıqlar lazımdırki bu da sizi perde yuma işinin görülməsində əziyyət tələb edən insan əməyindən azad edir. Perde yuma işini görülməsində ancaq sadaladığımz avadanlıq və yuyucu vasitələri kifayət etmir. Bununla yanaşı təcrübəli işçi kollektivi olmalıdırki pərdələriniz düzgün qaydada yuyulsun. Çünki pərdələr qalınlığına, materialına, formasına görə fərqli olduğu üçün hər birinin yuyulma proseduru da fərqlidir.
Düzgün qaydada yuyulmayan pərdələrdə cırılma, rəngin dəyişməsi, bozarma, parçada zədələnmələr ola bilər. Bunun üçün isə təcrübəli kollektivin bu işləri görməsi vacibdir. Belə isə perde yuma işini bizə etibar edin. ”Maksimum Təmizlik” pərdə yuma firması bu sahədə təcrübəli işçi qrupu ilə bu işin öhdəsindən gəlir. Beləki pərdənin bir metrəsi 2 manata yuyulur. Əlbəttki bu hündürlüyü 3 metr olan ev pərdələrinə aiddir.
Pərdələr ölçülərkən isə ayaq hissəsindən eninə ölçülür. Əmədaşlarımız ünvanınıza gələrək yerində pərdələrinizi ölçür, firmamıza gətirərək hər birini ayrı ayrılıqda yuyur. Daha sonra qapalı məkanda qurudularaq ütülənmə otaqlarında ütülənir və müştərinin istəyinə uyğun ətir vurulur paketlənərək unvana təhvil verilir. Nəzərinizə çatdiraq ki bunların hamısı 2 manata daxildir və müştəri çatdırılma üçün heç bir ödəniş etmir. Çatdırılma xidmətimiz pulsuzdur. Elə isə siz də bizə zəng vurun və bizim sizə sunduğumuz perde yuma xidmətindən yaralanın. Sifariş edin və razı qalın!!!
Divan Yuma
Günümüzün çox hissəsini üzərinə oturmaqla keçirdiyimiz rahatlığımızı təmin edən ev və ya ofis əşyalarından biri də divan və kreslolarımızdır. Bu da digər ev əşyaları kimi ildə bir neçə dəfə qulluq tələb edir. Gün boyu çox təmasda olduğumuz üçün ildə 2 dəfə divanlarımızın yuyulmağına ehtiyacı olur. Üzərinə yemək, çay, kofe və digər ləkələr düşə bilər. Yaxud yeni qurulmuş ailələrdə uşaqlarımız boya, mürəkkəb və digər rəngli əşyalarla divan və kreslolarımıza ləkə sala bilərlər. Ümumiyyətlə divan və kreslolar üzərinə çirk və ləkə düşdükcə rəngində bozarmalar olur, ipliklərinin arasına çirk dolur və yeni aldığımız bu yumşaq mebellər çox köhnə kimi görsənir. Ancaq siz buna görə keyfinizi pozmayın bizə etibar edin!!!
Maksimum təmizlik firması evlərinizə gələrək yerində divan yuma xidməti göstərir. Professional təmizlik vasitələri, divan yuma vakkum aparatları və təcrübəli işçi heyəti ilə divan və kreslolarınız ilk günki kimi yeni görsənəcək. Ümumiyyətlə divan yuma ilk öncə divanın isladılması ilə başlayır. Divanın materialına görə işçilərimiz isladılmanın qədərini təyin edir. Daha sonra divanın üzərinə xüsusi antibakterial dərmanlar vurulur.
Sonra biraz gözlənilir. Dərman çirklənmiş və ləkə olan bölgələrdə yumşaqlıq effekti yaradır. Daha sonra alt hissəsi fırça olan divan yuma avadanlığı ilə divanın üzərində hərəkət etdirilərək köpükləndirmə başlanır. Fırçalama işi bitdikdən sonra vakkum aparatı ilə divanın üzərində olan bu köpük yığılır. Daha sonra divan isladılaraq yenidən vakkum aparatı ilə çəkilir. Divan yuma prosesi bu şəkildə 4-5 dəfə isladılaraq vakkumla çəkilməsi ilə davam etdirilir.
Köpük bitənə qədər divan isladılır və köpük çəkilir. Artıq divan yuma bitdikdən sonra divanın rəngi dəfələrlə dəyişir və əvvəlki parlaq görünüşünə qayıdır. Artıq bundan sonra əgər divanın üzərində hər hansı bir ləkə qalıbsa bu aydın görsənir və bunu isə yox etmək cox rahatdır. Bundan sonra hər hansı bir hissədə əgər ləkə qalıbsa həmin hissələrə xüsusi ləkə çıxarıcı dərmanlar vurularaq divanınız ləkələrdən azad edilir.
Bundan sonra eyni qaydada isladılaraq divanın tərkibində çirkli su çəkilir. Vakkumla çəkilmiş divanın tərkibində 10 faiz nəmlilik qalır, 90 faiz su isə aparatla çıxarılır. Divan və kreslonun tam olaraq qurumağı üçün isə bir gün vaxt lazımdır. Bundan sonra divan və kreslonuza ətirləndirici spreylər vurulur və yumşaq mebelinizdən xoş qoxu gəlir. Divan və kreslo yumada qiymət divanın oturacağının sayı ilə hesablanır.
Beləki divan və kreslonun bir oturacağı 15 manatdan hesablanır ki, bu da digər firmaların qiymətlərindən aşağıdır. Maksimum Təmizlik firması sizin büdcənizi düşünür və qiymətləri minimum ilə təyin edir. Keyfiyyətin isə maksimum həddini sizə təqdim edir. Elə isə siz də bizim divan yuma xidmətimizdən istifadə edin və Maksimum təmizlikdən zövq alın