Xalçalarımızı zədələnmələrdən qoruyaq

Xalçalarımızı zədələnmələrdən qoruyaq

Xalçalarımızı zədələnmələrdən qoruyaq

Evlərimizin istiliyini və bəzək dekorasiyasını tamamlayan xalçalarımız tarixinə, ipliyinə, keyfiyyətinə, qiymətinə görə bir-birindən fərqlənir. Maya dəyəri ucuz olan bəzi xalçalar var ki müəyyən müddət sonra ipliklərində  sökülmə baş verir və yaxud xalçanın rəngində bozarmalar və rəng solması müşahidə olunur. Ancaq keyfiyyətindən asılı olmayaraq xalçalar yuyularkən düzgün qaydada yuyulmalı və qulluq olunmalıdır ki əvvəlki görünüşündə qala bilsin. Xalçalar yuyularkən yumada istifadə olunan antibakterial xalça yuma şampunlarının istifadəsi kifayətdir. Başqa kimyəvi dərmanlar xalçanın rəng qarışımına səbəb ola bilər. Bundan sonra durulama prosesi də düzgün qaydada aparılmalıdır. Xalçalar yuyulduqdan sonra yaxşı durulanmalıdır ki, tərkibində şampun qalmasın. Bundan sonrakı proses isə təbii ki düzgün qaydada qurudulmadır. Yaxşı qurudulmayan xalçanın tərkibindəki nəm tez bir zamanda xalçada kiflənmə və daha sonra xalça ipliklərinin sökülməsinə gətirib çıxaracaq.  Xalçalarımız yuyulduqdan sonra əgər istifadə etməyəciksə xalçanı qatlanmış şəkildə saxlamağımız düzgün deyil. İstifadə olunmayacaq xalçanın rulon şəkildə yığılaraq saxlanması daha düzgündür. Xalçanı yığarkən isə içinə naftalin atmağımıza ehtiyac yoxdur.Əksinə naftalin alergiya, nəfəs yolları xəstəlikləri və bronxit xəstələri üçün çox zərərlidir. Xalçanı yerə sərərkən ağır, sərt və iti dabanlı ev əşyalarını xalçanın üzərinə qoymaq məsləhət deyil. Bu zaman xalçanın ipliklərində sökülmə olacaq və xalça zədələnəcək. Ev şəraitində xalçanın tozu alındıqdan sonra günəş şüaları altında bir neçə saat saxlamaq olar. Bu yolla xalçanın tərkibində olan mikrob və bakteriyalar məhv olar. Ancaq xalçanı uzun müddət günəş işığında saxlamaq olmaz. Çünki bu zaman xalçanın rəngində solma ola bilər. Müəyyən bir hissəsi əşyaların alt hissəsində qalan xalçalar görünüşcə digər hissələrdən yeni kimi görsənə bilər. Bu səbəbdən  müəyyən vaxtdan bir xalçanın yönünü firladaraq digər tərəfə dəyişmək lazımdır. Onda xalçanın hər bir hissəsi eyni istifadə olunmuş kimi görsənəcək və fərq hiss olunmayacaq