Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq?

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq Pərdə Yuma üsulları

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq?

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq?

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq?

Bu gün dünyanın qorxunc bəlasına çevrilən Koronavirus gündəlik həyatımızda gigyenik təmizliyin nə qədər önəmli olduğunu bizlərə xatırlatdı. Insanlığı narahat edən Koronavirus epidemiyası hər kəsi təmizlik qaydalarına riayət edərək bu bəladan necə qorunmağın qaydalarını öyrətdi. Beləki öz şəxsi gigyenik təmizliyimizlə yanaşı evlərimizin də təmizliyinə önəm verməyimiz vacibdir. Bildiyimiz kimi mikrob və bakteriyalar biz doğulduğumuz andan ömrümüzün sonunadək bizimlə yaşayan bir mikro canlılardır. İnsan bədənində yaşayan bəzi bakteriya və mikroblar var ki onlar bizi digər insan həyatı üçün təhlükəli olan viruslardan qoruyur. Bu gün bu bakteriyalardan sadə gigyenik qaydalarla necə qorunmağı araşdıracıq. Bunun üçün evlərimizdə ən çox mikrob və bakteriyaların olduğu yerlərə nəzər salaq.

Xalçaların təmizliyi

Xalçalar da çirkləndiyi zaman insan sağlamlığına zərər vurur. Beləki xalçanın dibinə çökmüş toz insanda alergik xəstəliklər əmələ gətirir. Bununla belə təmiz olmayan xalçanın tərkibində gözlə görülməyən minlərlə bakteriyalar yaşayır. Bu bakteriyalar insan sağlamlığına bir başa təhlükədir. Bunun üçün minimum hər 3 aydan bir xalçaların yuyulması vacibdir. Xalçalar yuyularkən isə insan sağlamlığına zərər vurmayan ekoloji təhlükəsiz yuyucu vasitələri ilə yuyulmalıdır.

xalca yuma Xalça Yuma

Pərdələrin yuyulması

Pərdələr də gün boyu evimizdə tozu və bakteriyaları daxilinə çəkən ev əşyasıdır. Bu da insanda alergiya və digər baktereoloji xəstəliklər əmələ gətirərək insan sağlamlığına təhtiddir. Ona görə də müəyyən müddətdən bir pərdələrin yuyulması vacibdir

perde yuma Pərdə və tül yuma

Paltaryuyan

Paltaryuyanları evimizdə bir təmizlik makinası olmağı ilə yanaşı hər zaman təmiz bir əşya kimi düşünsək yanılmış olarıq. Gündəlik çirkli paltarlarımızı yuyarkən bu makinalar özündə minlərlə bakteriya və virusları cəmləyir. Paltaryuyan makinamız həftədə bir dəfə bir stəkan təmizləyici vasitələrlə boş bir şəkildə yuyulmalıdır.

Paltaryuyan

Mətbəxdə qab-qacaq süngəri və məişət tullantıları qabı

Ümumiyyətlə mətbəx evimizdə mikrobların ən çox olduğu yerlərdəndir. Mətbəx evin digər hissələrindən daha çox istifadə olunduğuna görə gün boyu yemək qırıntıları, qab süngəri və tullantıları saxladığımız hissələr mikrobların ən çox olduğu hissələrdir. Qab süngərini hər gün dəyişə bilməsəkdə heç olmasa gündə bir dəfə təmizləyici və yuyucu vasitələrində saxlamağımız vacibdir. Sağlamlığımız üçün təhlükə olan məişət tullantı qablarını da tez-tez yumaq lazımdır.

Mətbəxdə qab-qacaq süngəri və məişət tullantıları qabı

Elektron Cihazlar

Elektron cihazlar hər gün evimizdə iç-içə olduğumuz və ən çox istifadə etdiyimiz əşyalardır. Misal olaraq Smartfon telefonlar, televizor pultları, tabletler, komputerlər. Bu əşyaların istifadəsi zamanı əllərimizin təmiz olmağına diqqət etməliyik. Evə gələrkən əllərimizi yuyub sonra isə bu əşyaları lazım olduqda antiseptik məhlullarla silməyimiz vacib şərtlərdəndir

Elektron Cihazlar

Diş fırçası

Bildiyimiz kimi diş firçası səhər-axşam ağzımızla təmasda olunduğu üçün bunun da gigyenası çox vacibdir. İstifadə olunduqdan sonda nəm şəkildə qalan diş firçaları yüzlərlə mikrobu daxilinə çəkir. Bu səbəbdən stamatoloqlar hər 3 aydan bir diş fırçalarını dəyişdirməyimizi məsləhət bilirlər.

Diş fırçası

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir