Xalça Yuma
Xalça yuma hər evin ən titiz təmizlik işlərindəndir. Xalçalar mikrob və bakteriya mənbəyi olduğu üçün hər evin təmizliyinə daha ciddi yanaşması vacibdir. Çünki düzgün qayda ilə çırpılıb, yuyulub, qurudulmayan bir xalça bizim sağlamlığımız üçün real bir təhlükədir. Xalça təmizliyi işində ilk öncə hər vir xalçanın mütləq şəkildə çırpılma prosesindən keçməsi lazımdır.
Çırpılmayan xalçanı nə qədər bol su ilə gözəl şəkildə durulasaq da, iş prosesi zamanı bahalı şampunlardan istifadə etsək də, yaxşı şəkildə durulayıb qurutsaq da nəticə eyni olacaqdır. Xalçanın dibinə hopmuş toz təbəqəsi olduğu kimi qalacaqdır.
Ancaq xalça yuma zamanı çırpılma prosesi bu tozun xalçadan çıxarılması üçün ən uyğun üsuldur. Ona görə də yuma zamanı təmizlik qaydalarına ciddi şəkildə riayət etmək lazımdır. Xalçanın tərkibində qalmış toz və bakteriyalar bizim ciyər və bronxlarımız üçün böyük bir təhlükə mənbəyidir.
Daha sonra xalça üçün istifadə olunan şampunların keyfiyyəti çox önəmlidir. Keyfiyyətsiz bir şampun xalçada rəng qarışmasına, xalça ipliklərinin zədələnməsinə, xalçada rəng bozarmasına gətirib çıxara bilər. Ona görə şirkətlər xalça yuma prosesində istifadə etdikləri şampun və dərmanların keyfiyyətinə önəm verməlidirlər. Əksinə organik şampunlarla yuyulan zamanı xalçalar daha yeni kimi görsənir və xalçaların ömrü daha uzun olur.
xalça yuma
Xalça Yuma Paketləmə
Xalça yuma prosesində ən çox diqqət olunması zəruri olan prosedurlardan biri də xalçanın düzgün qaydada paket olunmasıdır. Bəzən firmalar 1 gün yaxud 2 gün ərzində xalçanın qurudulub çatdırılmasını müştərilərə vəd edirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, tam olaraq qurudulmayan xalça iplikləri müəyyən müddət sonra zədələnməyə başlayacaqdır.
Bəzən müştərilər xalçanı 3 yaxud 4 ay salafan paketdə saxlayır. Bu zaman xalçanın ipliyində çürümə yaxud kiflənmə baş verir. Xalça təmizliyi prosesindən sonra bir gün ərzində mənzillərə təhvil verilən xalçalar əgər paketdən çıxarılacaqsa tərkibində az da olsa nəm qalarsa bu ev şəraitində tam olaraq quruyar.
Xalça Yuma Tövsiyyələr
Ancaq uzun müddət salafan paketdə qalan xalça havasızlıqdan xalçanın ipliklərinin arasına hava keçmədiyi üçün xalça ipliyində çürümələr başlayar.
Bunun üçün firmalar salafan paketlərin üzərində xalçanın uzun müddət paketdə saxlanılmaması üçün müəyyən tövsiyyələr edirlər. Şirkətlərin xalçaların saxlanılma qaydaları haqqında tövsiyyələrini diqqətlə oxuyub riayət etmək lazımdır. Çünki bu xalçalarınızın ömrünün uzun olmasına kömək edəcəkdir.
Leave a Reply