Xalça Yuma 2021

Xalça Yuma

Xalça Yuma 2021

Xalça Yuma 2021

Xalça Yuma

Xalça Yuma – Bu gün evlərimizdə otaqlarımızın istiliyini təmin edən xalçalarımız istifadə olunduğu qədər də qulluq etməyimizi tələb edir. Bunun üçün xalçalarımızın yuyulmasını xalça yuma servislərinə etibar etməyimiz kifayətdir. Bu həm xalçaların görünüşcə təmiz olmağını təmin edər həm də tibbi yöndən sağlamlığımız üçün çox önəmlidir.

İlk öncə onu deyək ki xalçalar materialına, formasına, istehsal tarixinə görə bir birindən fərqləndiyi üçün eyni qaydada yuyulmur. Əgər biz bu sadaladığımız faktorlara fikir vermədən xalçaları eyni qaydada yuyarsaq həmin xalçaya ziyan vura bilərik. Ona görədə xalça yuma firmasına gətirilən xalçalar növünə görə bir birindən ayrılır. Əldə toxunma xalçaları, fabrik istehsalı xalçaları yuyulma zamanı suyun tempraturuna və xalçaya vurulan antibakterial şampunlara görə bir birindən fərqli üsulda yuyulur.

Beləki xalça yuma şirkətlərinə aparılaraq yuyulan xalçalarımız ancaq xalçanın yuyularaq qurudulması prosesi ilə bitmir. Ümumiyyətlə xalça yuma işi bir neçə proseduru özündə cəm edir. İndi isə xalça yuma zamanı xalçanın hansı prosedur qaydaları ilə yuyulduğuna baxaq.

1. Xalça Yuma- Toz alma

Xalça yuma şirkətlərinə gətirilərək yuyulan xalçalar yuyulmadan öncə ilk növbədə toz alma işi həyata keçirilir. Toz alma xalça yumada çox önəmli bir prosesdir. Çünki tozu alınmamış xalçalar həm gələcəkdə xalçanın ömrünün qısalmasına səbəb olar həm də tozu alınmamış xalçanın tərkibində toz qalar və bu yuma zamanı xalçanın 50 faiz yuyulması deməkdir. Beləki toz alma üçün xalçalar toz alma otaqlarına aparılır və tərkibindəki toz tam olaraq çırpma aparatı ilə təmizlənir. Daha sonra isə yuyulma otaqlarına gətirilir.

2. Xalça Yuma

Toz alma prosesindən sonra dediyimiz kimi xalçalar yuma otaqlarına gətirilərək yuyular. Burada xalçalar əldə yuma aparatlarında və avtomat xalça yuma aparatlarında yuyulur. Əldə toxunma xalçalar hər zaman əldə yuma aparatlarında yuyulur. Çünki digər avtomat aparatları əldə toxunma xalçanı zədələyə bilər. Bu xalçalar əl aparatları ilə daha diqqətli şəkildə yuyulur. Avtomat xalça yuma aparatları isə üzərində 6 ədəd xalça yuma fırçalarında ibarətdir. Burada xalçaya istifadə olunan antibakterial şampunlar və fırçanın xalça üzərində yuma prosesi avtomatik olaraq programlaşdırılmış şəkildə olur.

3. Xalça Yuma-Sıxma

Xalçalar xalça yuma makinalarında yuyulduqdan sonra sıxma prosesinə göndərilir. Bu zaman xalçalar sıxma makinalarında 4 dəqiqə ərzində 90 faiz sıxılır və tərkibində müəyyən dərəcədə nəmlilik qalır. Sıxma makinaları da programlaşdırılmış şəkildə vaxtı özü təyin edir.

4. XalçanYuma-Qurutma

Xalçalar sıxıldıqdan sonra isə tam olaraq qurudulması üçün qurutma otaqlarına göndərilir. Burada xalçanın tərkibində az nəm olan hissə tam olaraq qurudulur. Bu otaqlar tam qapalı otaqlardır və burada xalçalar havalandırma şəraitində qurudulur. Otağın tam qapalı olması xalçanı tozdan qoruyur.

5. Xalça Yuma- Paketləmə

Qurutma otaqlarından sonra təbii ki ən son prosedur gəlir. Beləki tam olaraq qurudulmuş xalçalar ən son baxış ilə üzərində kənar xırda cisimlərin olub olmamasına baxılır. Daha sonra isə ətir vurularaq paketlənir və ünvana təslim olunur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir