Pərdə Yuma

perde yuma Pərdə və tül yuma

Pərdələr evimizin həm çölə baxan hissəsi, həmdə evimizin iç dekorunu təşkil edən ev əşyasıdır. Pərdələrin təmizliyi bizim də təmizliyimizi göstərən bir dəyərdir. İstənilən bir şəraitdə pərdələrin təmizliyi və antibakterial yuyulması vacib şərtlərdəndir. Ancaq bunu bilirik ki ev şəraitində bu təmizliyin təşkili çətin bir məsələdir. Ona görə bu işi bu sahədə təcrübəsi olan firmaların görməyi şərtdir. Digər vəziyyətdə isə düzgün aparılmayan iş nəticəsində ya pərdələrimizə yadaki sağlamlığımıza ziyan dəyə bilər. Məsələn: Yuyulduqdan sonra yaxşı durulanmayan pərdələr evdə nəfəs alarkən alergiya və yaxud digər nəfəs yolu xəstəliklərinə gətirib çıxara bilər. Eləcədə düzgün şəkildə yuyulmayan pərdələrdə rəng qarışımı, cırılma və yaxud başqa zədələnmələr ola bilər. Ona görə də pərdə yumada təmizlik firması seçimində müəyyən bir araşdirma aparmaq lazımdır. Bu sahədə geniş təcrübəsi olan “Maksimum Təmizlik” firması hər zaman servis işçi qrupu ilə sizin xidmətinizdədir. Nə üçün “Maksimum təmizlik”firması?

  1. Qusursuz xidmət
  2. Antibakterial yuma
  3. Pərdələrinizdən gələn gözəl və xoş ətirli qoxu
  4. Pərdələrinizə zərər dəymədən təmizlik xidməti
  5. Vaxtında çatdırılma

Əlbətdəki hər bir müştəri üçün bu pərdələrin antibakterial yuyulması, pərdələrdən gələn gözəl qoxu, qüsursuz xidmət və tam zamanında çatdırılma çox önəmlidir. Bunun üçün “Maksimum Təmizlik” firması hər bir zaman müştəri məmnuniyətini bir prinsip olaraq əsas məqsəd bilmişdir. Şifariş üçün isə www.maksimumtemizlik.az saytına daxil olub sifariş bölümündən [email protected] adresinə mail vasitəsi ilə ünvan və əlaqə nömrələri qeyd edərək və yaxud 012 555 20 62,050 555 20 62,055 670 43 43 nömrələrinə zəng vuraraq operatorlarımızla əlaqə saxlayıb sifariş verə bilərsiniz. Ünvanı qəbul edən operatorlarımız qısa bir zamanda ünvanı servis xidmətinə yönləndirir və uyğun bir vaxtda servis xidməti pərdələrinizi evlərinizdən qəbul edir. Pərdələr şirkətimizə gətirilərək təsnifləndirilib növünə uyğun olaraq yuyulur. Pərdə Yuma zamanı profisyonal təmizlik məhsullarından istifadə olunur və bu iş təcrübəli işçi qrupu tərəfindən görülür. Pərdələriniz yuyulduqdan sonra isə qapalı məkanlarda qurudulur. Tam olaraq qurudulduqdan sonra isə muştərinin istəyinə uyğun olaraq ətir vurulub ünvana təhvil verilir. Qeyd edək ki şirkətimiz bu işi endirimli qiymətlərlə sizlərə təklif edir.Beləki pərdənin 1 metri 2 manata yuyulur. Servis xidməti isə pulsuzdur. Aparılıb gətirilərkən heç bir servis xidməti haqqı ödənilmir.


Bu gün sizlərə ev şəraitində pərdə yuma üçün lazım olan məhlullar və pərdə yuma yolları haqqında məlumat verəcik. Ümumiyyətlə pərdələrinizi ev şəraitində yuyarkən çox diqqətli olmalısınız ki düzgün qaydada yuyulmayan pərdələrinizə zərər vura bilərsiniz. İndi sizə pərdələrinizdə heyranedici təmizliyə qovuşmaq üçün lazımı məsləhətləri qeyd edəcik.

1. Soda ilə pərdə yuma

Soda ilə pərdə yumada biraz çətinlik törətsədə nəticə etibarilə çox effektivdir. Bunun üçün Pərdələrinizi geniş bir qabın içinə qoyursunuz və içinə su əlavə edirsiniz. Suyun səviyyəsi pərdəni keçdisə kifayətdir. Sonra üzərinə soda əlavə olunur. Bir gün pərdənin sodalı suda qalmağı vacibdir. Növbəti gün pərdələrinizi bu qabdan çıxarıb normal qaydada yuya bilərik.

2. Qabyuyan Tableti ilə pərdə yuma

Pərdə yuma üçün istifadə edə biləcəyiniz ən effektiv üsullardan biri də qabyuyan tabletləridir. Pərdələrinizi  paltaryuyana qoymadan öncə üzərinə qabyuyan tablet əlavə etsəniz pərdələrinizdə ağappaq bir görünüşün şahidi olacaqsınız.

3. Karbonat ilə pərdə yuma

Bu üsul da pərdələrinizi sadə qaydada yuyulmasındakı təmizliyindən daha fərqli bir nəticəni verəcək. Paltaryuyanın yuyucu vasitələri əlavə olunan hissəsinə 2 xörək qaşığı karbonat əlavə edin və normal pərdə yuma qaydasında yuyun, gözəl nəticənin şahidi olun. Ancaq karbonatı birbaşa pərdələrin üzərinə də əlavə edə bilərsiniz.

4. Sirkə ilə Pərdə Yuma

Sirkənin pərdə təmizliyində ən effektiv üsullardan biri olduğunu bilirdinizmi? Bəli yoxlamağa dəyər. Sirkə ev şəraitində pərdə yuma üçün ən çox istifadə olunan məhlullardan biridir. Eyni qaydada sirkəni paltaryuyanın yuyucu vasitələri əlavə olan hissəsinə və yaxud bir başa pərdənin üzərinə əlavə edin və normal qaydada yuyun. Sirkə pərdənizdə yumuşaqlıq və bəyaz bir görünüş əmələ gətirəcək.

5. Şəkər tozu ilə pərdə yuma

Şəkər tozu ilə pərdə yuma sizə çox qəribə görsənsədə bu çox effektiv üsullardan biridir. Tül və yaxud pərdələrinizi normal pərdə yuma qaydası ilə paltaryuyana qoyursunuz və uzərinə 2 çay qaşığı şəkər tozu əlavə edirsiniz. Sonra normal yuma qaydasında yuyursunuz və əvvəlkindən daha bəyaz pərdələrə sahib olursunuz. Bəlkə şəkər tozunun pərdələrdə yapışqanlıq effekti yaradacağını düşünəcəksiniz. Ancaq narahat olmayın. Şəkər tozu paltar yuyan maşınının isti suyunda yoxa çıxacaq və pərdələrinizdə gözəl görünüş yaradacaqdır.

 6.   Qaya duzu ilə pərdə yuma

Tül və pərdə yuma üsullar içərisində ən gözəl üsullardan biri də qaya duzu ilə pərdə yumadır. Bu həm də təbii bir yuma üsuludur. Bunun üçün pərdələrinizi geniş bir qaba qoyun və üzərinə su əlavə edin. Daha sonra üzərinə hər pərdə üçün 4 yemək qaşığı qaya duzu əlavə edin. Pərdələrinizi bir gün həmin suyun içərisində saxlayın. Sonra normal pərdə yuma qaydası ilə yuyun. Nəticə sizi heyran edəcək.

İstər yaşadığımız ev olsun istərsədə bütün gün boyu vaxtımızı sərf etdiyimiz iş yerlərinin təmizliyi bizim üçün çox önəmlidir. Təmizlik dedikdə isə ilk öncə ağlımıza gələn gigiyena və sağlamlığımızdır ki, bu da günümüzü keçirdiyimiz bu məkanların daxilində yerləşən əşyaların təmizliyidir. Pərdədən tutmuş xalça, divan, stullar və bunların hər biri tozu daxilinə çəkərək bizim üçün real təhlükə mənbəyinə çevrilə bilirlər. Bakteriya və mikroblar bu çirk və ləkələrin daxilində yerləşərək alergiya, öskürək, ağciyər, göbələk dəri və.sair xəstəlikərə çevrilə bilər. Ona görə bu əşyaların təmizliyi bizim üçün çox vacibdir. Bu gün də bizim üçün çirkləndiyi zaman real təhlükə mənbəyinə çevrilən pərdələrin təmizliyindən, onlara qulluq qaydalarından və pərdə yuma qaydalarından bəhs edəcik.

Pərdələr evlərimizdə yaxud ofislərimizdə tozu və yaxud evcil heyvan tüklərini tərkibinə çəkən yumuşaq bir materialdan hazırlanmışdır. Gözlə görülməyən bu toz pərdələrin solğun və çirkli görsənməsinə səbəb olur. Bununla yanaşı sigaret tüstüsü və yemək qoxusu pərdələrin saralmasına səbəb olur. Açıq rəngdə olan pərdələrdə isə bu saralma və solğunluq daha aydın şəkildə görsənir. Pərdələr hər açılıb- bağlandığı zaman üzərindəki toz havaya qalxır. Xüsusilə alergiya xəstəliyi olan insanların simptomlarının yüksəlməsinə səbəb olur. Bunun üçün pərdə yuma işi evlərimizdə görülməsi cavib olan işlərdəndir.

Belə isə evlərimizdə pərdə yuma işini necə görməliyik?

Pərdə yuma işini ev şəraitində paltaryuyanda və əl ilə edə bilərik. Əlbətdəki bunu pərdənin materialına görə təyin edə bilərik. Pərdə yuma işi yuyulacaq pərdənin materialından asılı olduğundan hər pərdə materialına görə suyun fərqli tempraturunda və fərqli yuyucu maddələrində yuyulur. Beləki paltaryuyanda pərdələr həssas yuma programı rejimi seçilərək yuyulur. Əgər paltaryuyanda pərdə yuma programı rejimi yoxdursa onda pərdəni sintetik rejimdə yuya bilərik. Bu zaman 30 dərəcə və 400 sürət dövrü seçirik. Əgər pərdədə daha çox çirk və ləkə varsa onda suyun tempraturunu 40 dərəcə seçə bilərik. Ancaq daha yüksək tempraturla pərdənin materialını zədələyə bilərik. Bəzi pərdələr yuyularkən uzunluğu qısala bilər. Bunun üçün pərdəni yuduğumuz suyun tempraturuna diqqət etməliyik. Bunun üçün pərdə yumada pərdənin materialına diqqət edin və aşağıdakı qaydalara diqqət edin.

  1. Pərdə yumadan öncə pərdəni havalı bir yerə çıxarın və yumuşaq fırça ilə yüngül fırçalayın.
  2. Pərdəni paltaryuyana qoymamışdan öncə zədələnməsin deyə səliqəli qatlayın.
  3. Pərdəni paltaryuyanda həssas yuma programında yuduğunuzdan əmin olun. Əks təqdirdə soyuq suda və yaxud paltaryuyanın yüngül sıxma programında yuyun.
  4. Pərdələrinizin qırışmaması üçün yumuşaldıcıdan istifadə edin.
  5. Yuyulduqdan dərhal sonra pərdələri asın və yerində qurumasını gözləyin. Bu pərdələrin qırışmaması və ütülənmiş kimi görsənməsinə səbəb olacaq.
  6. Pərdənin yuyulduqdan sonra qısalmasından şübhələnirsinizsə pərdəni pərdə yuma firmalarında yuduzdurun.

Müəyyən bir qaydalara əməl edərək pərdələrin uzun müddət təmiz qalmasını əldə edə bilərik.

  1. Yemək bişirərkən mətbəxi qapalı saxlayaraq yemək qoxusunun digər otaqlara daxil olmasının qarşısını ala bilərik.
  2. Siqaret və tütün məhsullarının ev daxilində çəkilməsinə qadağa qoya bilərik.
  3. Ayda 2 və yaxud 3 dəfə firça ilə pərdələri yüngül fırçalayaraq pərdələri tozdan təmizləmək. Bu uzun müddət bizi pərdə yuma prosesindən uzaq durmağımıza kömək olacaq.
  4. Müəyyən müddətdən bir otaqlarımızı havalandıraq. Bu evdəki qoxuların pərdələri saraltmasının qarşısını alacaq
  5. Mümkün olduğu qədər ayda bir neçə dəfə pərdələrə parfüm vuraq.

Evlərimizin ən önəmli  aksesuarlarıdan biri pərdələrdir. El deyimi ilə tül pərdələr evlərin gəlinliyi də adlandırılmışdır. Buna səbəb isə pərdələrin evlərimizə verdiyi  gözəl  görüntü və dekorasiya olmuşdur. Rənginə, formasına, ölçüsünə görə pərdələr evin mebelinə, divar kağızına görə bir-birindən fərqləndirilərək seçilir. Ona görə də pərdələr var olduqları məkanın ən cəlbedici ünsürlərindən biridir. Evlərdə və ya məkanda olan divan və yumşaq mebelin rəngi, forması da pərdə seçimində çox böyük rol oynayır. Beləki  klassik və ya avangard olan divan və yumşaq mebelə uyğun eyni tərzdə pərdələr seçilərək uyğunlaşdırılır. Bu gün inkişaf etmiz texnoloji yeniliklərlə pərdə mədəniyyətində bir birindən gözəl  heyranedici pərdə növləri istehsal olunaraq evlərimizin bir bəzəyinə çevrimişdir.

Dediyimiz kimi pərdələr evlərimizin gözəlliyini təmin etməklə yanaşı müəyyən müddətdən bir bu pərdələrin təmizliyinə ehtiyac duyulur. Çünki çirklənmiş pərdələr tozu və çirki daxilinə çəkərək həm sağlamlığımız üçün təhlükəli olar həm də çirkli pərdələr görünüşcə  çox pis görsənər. Buna görə də ildə 2 yaxud 3 dəfə Pərdə Yuma şirkətlərinə ehtiyac duyulur.

Pərdə yuma Firması

Maksimum Təmizlik pərdə yuma firması profisional  servis personalı ilə evlərinizdən və yaxud iş yerlərinizdən pərdələrinizi sökərək təhvil alır. Pərdə yuma  Firmamıza gətirilən pərdələr rənginə, materialına görə çeşitləndirilərək pərdə yuma prosesinə göndərilir. Hər fərqli tipdə olan pərdələr fərqli pərdə yuma proseduru ilə yuyulur. Ümumiyyətlə pərdələr sənaye tipli pərdə yuma makinalarında  pərdələrə zərər dəymədən yuyulur. Bu makinalar fərqli pərdə yuma programları ilə təchiz olunub. Pərdələrin yuyulmasında istifadə olunan dərman və pərdə yuma şampunları da pərdələrin rəngində canlanma yaradar və gözəl görsənməsini təmin edər. Pərdələr yuyulduqdan sonra elə pərdə yuma makinalarında 90 faiz qurudular. Bu makinalar pərdələrin iplik və parçasına heç bir zərər vurmaz. Yuyulan pərdələr makinadan çıxarılaraq tam qurudulmaq üçün qapalı məkanlarda qurudular. Tam olaraq qurudulmuş pərdələr ütülənmə olaqlarına gətirilər və press ütülənmə ilə ütülənər. Bunda sonra müştərinin istəyinə uyğun olaraq ətir vurular və paketlənərək ünvana təslim olunar.

Pərdə Yuma Qiyməti

Maksimum təmizlik pərdə yuma firmasında pərdənin 1 metri 2 manata yuyulur. Əlbəttəki bu hündürlüyü 3 metr olan pərdələrə aiddir. Hündürlüyü 3 metrdən artıq olan pərdələr isə fərqli tarif ilə hesanlanır. Pərdələr ölçülərkən isə ayaq hissəsindən eninə ölçülür və pərdə yuma 1 metri 2 manat ilə hesablanır. Asılma xidməti isə əlavə ödənişlə servis olunur. Pərdə yuma firmamız bütün bu xidmətlərin tər-təmiz gürülməsinə 100% təminat verir.

Pərdə Yuma Əlaqə

Maksimum təmizlik pərdə yuma  Firmamız həftənin hər günü xidmətimizdədir. Sifariş üçün şəhər nömrələrindən 012 555 20 62,  mobil nömrələrdən 055 555 20 62 və  055 670 43 43 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Göstərilən xidmətlər barədə operatorlarımızla əlaqə saxlayıb və yaxud  web saytımızdan www.maksimumtemizlik.az xidmətlər bölməsindən əlavə məlumat ala bilərsiniz. Saytımızın chat hissəsindən və sosial şəbəkə hesablarımızdan da sifariş verə bilərsiniz