Pərdə Yuma üsulları 2021

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq Pərdə Yuma üsulları

Pərdə Yuma üsulları 2021

Pərdə Yuma üsulları

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq Pərdə Yuma üsulları

Pərdə Yuma üsulları – İstər yaşadığımız ev olsun istərsədə bütün gün boyu vaxtımızı sərf etdiyimiz iş yerlərinin təmizliyi bizim üçün çox önəmlidir. Təmizlik dedikdə isə ilk öncə ağlımıza gələn gigiyena və sağlamlığımızdır ki, bu da günümüzü keçirdiyimiz bu məkanların daxilində yerləşən əşyaların təmizliyidir. Pərdədən tutmuş xalça, divan, stullar və bunların hər biri tozu daxilinə çəkərək bizim üçün real təhlükə mənbəyinə çevrilə bilirlər. Bakteriya və mikroblar bu çirk və ləkələrin daxilində yerləşərək alergiya, öskürək, ağciyər, göbələk dəri və.sair xəstəlikərə çevrilə bilər. Ona görə bu əşyaların təmizliyi bizim üçün çox vacibdir. Bu gün də bizim üçün çirkləndiyi zaman real təhlükə mənbəyinə çevrilən pərdələrin təmizliyindən, onlara qulluq qaydalarından və pərdə yuma qaydalarından bəhs edəcik.

Pərdələr evlərimizdə yaxud ofislərimizdə tozu və yaxud evcil heyvan tüklərini tərkibinə çəkən yumuşaq bir materialdan hazırlanmışdır. Gözlə görülməyən bu toz pərdələrin solğun və çirkli görsənməsinə səbəb olur. Bununla yanaşı sigaret tüstüsü və yemək qoxusu pərdələrin saralmasına səbəb olur. Açıq rəngdə olan pərdələrdə isə bu saralma və solğunluq daha aydın şəkildə görsənir. Pərdələr hər açılıb- bağlandığı zaman üzərindəki toz havaya qalxır. Xüsusilə alergiya xəstəliyi olan insanların simptomlarının yüksəlməsinə səbəb olur. Bunun üçün pərdə yuma işi evlərimizdə görülməsi cavib olan işlərdəndir.

Paltaryuyan

Belə isə evlərimizdə pərdə yuma işini necə görməliyik?

Pərdə yuma işini ev şəraitində paltaryuyanda və əl ilə edə bilərik. Əlbətdəki bunu pərdənin materialına görə təyin edə bilərik. Pərdə yuma işi yuyulacaq pərdənin materialından asılı olduğundan hər pərdə materialına görə suyun fərqli tempraturunda və fərqli yuyucu maddələrində yuyulur. Beləki paltaryuyanda pərdələr həssas yuma programı rejimi seçilərək yuyulur. Əgər paltaryuyanda pərdə yuma programı rejimi yoxdursa onda pərdəni sintetik rejimdə yuya bilərik. Bu zaman 30 dərəcə və 400 sürət dövrü seçirik. Əgər pərdədə daha çox çirk və ləkə varsa onda suyun tempraturunu 40 dərəcə seçə bilərik. Ancaq daha yüksək tempraturla pərdənin materialını zədələyə bilərik. Bəzi pərdələr yuyularkən uzunluğu qısala bilər. Bunun üçün pərdəni yuduğumuz suyun tempraturuna diqqət etməliyik. Bunun üçün pərdə yumada pərdənin materialına diqqət edin və aşağıdakı qaydalara diqqət edin.

  1. Pərdə yumadan öncə pərdəni havalı bir yerə çıxarın və yumuşaq fırça ilə yüngül fırçalayın.
  2. Pərdəni paltaryuyana qoymamışdan öncə zədələnməsin deyə səliqəli qatlayın.
  3. Pərdəni paltaryuyanda həssas yuma programında yuduğunuzdan əmin olun. Əks təqdirdə soyuq suda və yaxud paltaryuyanın yüngül sıxma programında yuyun.
  4. Pərdələrinizin qırışmaması üçün yumuşaldıcıdan istifadə edin.
  5. Yuyulduqdan dərhal sonra pərdələri asın və yerində qurumasını gözləyin. Bu pərdələrin qırışmaması və ütülənmiş kimi görsənməsinə səbəb olacaq.
  6. Pərdənin yuyulduqdan sonra qısalmasından şübhələnirsinizsə pərdəni pərdə yuma firmalarında yuduzdurun.
Pərdə Yuma üsulları

 Müəyyən bir qaydalara əməl edərək pərdələrin uzun müddət təmiz qalmasını əldə edə bilərik.

  1. Yemək bişirərkən mətbəxi qapalı saxlayaraq yemək qoxusunun digər otaqlara daxil olmasının qarşısını ala bilərik.
  2. Siqaret və tütün məhsullarının ev daxilində çəkilməsinə qadağa qoya bilərik.
  3. Ayda 2 və yaxud 3 dəfə firça ilə pərdələri yüngül fırçalayaraq pərdələri tozdan təmizləmək. Bu uzun müddət bizi pərdə yuma prosesindən uzaq durmağımıza kömək olacaq.
  4. Müəyyən müddətdən bir otaqlarımızı havalandıraq. Bu evdəki qoxuların pərdələri saraltmasının qarşısını alacaq.
  5. Mümkün olduğu qədər ayda bir neçə dəfə pərdələrə parfüm vuraq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir