Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq Pərdə Yuma üsulları

Pərdə Yuma üsulları 2021

Pərdə Yuma üsulları

Gigiyenik qaydalar ilə koronavirusdan necə qorunaq Pərdə Yuma üsulları

Pərdə Yuma üsulları – İstər yaşadığımız ev olsun istərsədə bütün gün boyu vaxtımızı sərf etdiyimiz iş yerlərinin təmizliyi bizim üçün çox önəmlidir. Təmizlik dedikdə isə ilk öncə ağlımıza gələn gigiyena və sağlamlığımızdır ki, bu da günümüzü keçirdiyimiz bu məkanların daxilində yerləşən əşyaların təmizliyidir. Pərdədən tutmuş xalça, divan, stullar və bunların hər biri tozu daxilinə çəkərək bizim üçün real təhlükə mənbəyinə çevrilə bilirlər. Bakteriya və mikroblar bu çirk və ləkələrin daxilində yerləşərək alergiya, öskürək, ağciyər, göbələk dəri və.sair xəstəlikərə çevrilə bilər. Ona görə bu əşyaların təmizliyi bizim üçün çox vacibdir. Bu gün də bizim üçün çirkləndiyi zaman real təhlükə mənbəyinə çevrilən pərdələrin təmizliyindən, onlara qulluq qaydalarından və pərdə yuma qaydalarından bəhs edəcik.

Pərdələr evlərimizdə yaxud ofislərimizdə tozu və yaxud evcil heyvan tüklərini tərkibinə çəkən yumuşaq bir materialdan hazırlanmışdır. Gözlə görülməyən bu toz pərdələrin solğun və çirkli görsənməsinə səbəb olur. Bununla yanaşı sigaret tüstüsü və yemək qoxusu pərdələrin saralmasına səbəb olur. Açıq rəngdə olan pərdələrdə isə bu saralma və solğunluq daha aydın şəkildə görsənir. Pərdələr hər açılıb- bağlandığı zaman üzərindəki toz havaya qalxır. Xüsusilə alergiya xəstəliyi olan insanların simptomlarının yüksəlməsinə səbəb olur. Bunun üçün pərdə yuma işi evlərimizdə görülməsi cavib olan işlərdəndir.

Paltaryuyan

Belə isə evlərimizdə pərdə yuma işini necə görməliyik?

Pərdə yuma işini ev şəraitində paltaryuyanda və əl ilə edə bilərik. Əlbətdəki bunu pərdənin materialına görə təyin edə bilərik. Pərdə yuma işi yuyulacaq pərdənin materialından asılı olduğundan hər pərdə materialına görə suyun fərqli tempraturunda və fərqli yuyucu maddələrində yuyulur. Beləki paltaryuyanda pərdələr həssas yuma programı rejimi seçilərək yuyulur. Əgər paltaryuyanda pərdə yuma programı rejimi yoxdursa onda pərdəni sintetik rejimdə yuya bilərik. Bu zaman 30 dərəcə və 400 sürət dövrü seçirik. Əgər pərdədə daha çox çirk və ləkə varsa onda suyun tempraturunu 40 dərəcə seçə bilərik. Ancaq daha yüksək tempraturla pərdənin materialını zədələyə bilərik. Bəzi pərdələr yuyularkən uzunluğu qısala bilər. Bunun üçün pərdəni yuduğumuz suyun tempraturuna diqqət etməliyik. Bunun üçün pərdə yumada pərdənin materialına diqqət edin və aşağıdakı qaydalara diqqət edin.

  1. Pərdə yumadan öncə pərdəni havalı bir yerə çıxarın və yumuşaq fırça ilə yüngül fırçalayın.
  2. Pərdəni paltaryuyana qoymamışdan öncə zədələnməsin deyə səliqəli qatlayın.
  3. Pərdəni paltaryuyanda həssas yuma programında yuduğunuzdan əmin olun. Əks təqdirdə soyuq suda və yaxud paltaryuyanın yüngül sıxma programında yuyun.
  4. Pərdələrinizin qırışmaması üçün yumuşaldıcıdan istifadə edin.
  5. Yuyulduqdan dərhal sonra pərdələri asın və yerində qurumasını gözləyin. Bu pərdələrin qırışmaması və ütülənmiş kimi görsənməsinə səbəb olacaq.
  6. Pərdənin yuyulduqdan sonra qısalmasından şübhələnirsinizsə pərdəni pərdə yuma firmalarında yuduzdurun.
Pərdə Yuma üsulları

 Müəyyən bir qaydalara əməl edərək pərdələrin uzun müddət təmiz qalmasını əldə edə bilərik.

  1. Yemək bişirərkən mətbəxi qapalı saxlayaraq yemək qoxusunun digər otaqlara daxil olmasının qarşısını ala bilərik.
  2. Siqaret və tütün məhsullarının ev daxilində çəkilməsinə qadağa qoya bilərik.
  3. Ayda 2 və yaxud 3 dəfə firça ilə pərdələri yüngül fırçalayaraq pərdələri tozdan təmizləmək. Bu uzun müddət bizi pərdə yuma prosesindən uzaq durmağımıza kömək olacaq.
  4. Müəyyən müddətdən bir otaqlarımızı havalandıraq. Bu evdəki qoxuların pərdələri saraltmasının qarşısını alacaq.
  5. Mümkün olduğu qədər ayda bir neçə dəfə pərdələrə parfüm vuraq.
Xalça alarkən nəyə diqqət edək

Xalça alarkən nəyə diqqət edək?

Xalça alarkən nəyə diqqət edək?

Xalça alarkən nəyə diqqət edək

Başqa bir paylaşdığımız məqalədə dünyada ən çox xalça istehsal və istehlak edən ölkələrin Şərq ölkələri olduğunu və Azərbaycanın da bu ölkələr sırasında olduğunu qeyd etmişdik. Buna səbəb isə torpağımızın uzun tarixi və mədəni irsini nümunə göstərə bilərik. Beləki hər bir əsrimizin tarixini, mədəniyyətini həmin dövrün xalçaları özündə əks etdirir. Bir sözlə desək xalçaçılıq ölkəmizin, millətimiz tarixi bir irsidir hansı ki bu irs dövrdən dövrə qorunaraq gələcək nəsillərə ötürülür.

Dediyimiz kimi xalça evlərimizdə ən çox istifadə etdiyimiz əşyalardandır. Bu əşyalar çox istifadə olunduğu qədər də daha çox qulluq tələb edir. Xalçanın uzun ömürlü olması üçün xalça yuma firmalarında düzgün qaydada yuyulması vacibdir. Ümumiyyətlə xalçanın uzun müddət istifadəsi üçün xalça ipliklərinin materialının keyfiyyətli olması mütləqdir. Bunun üçün xalça seçərkən diqqət olunacaq qaydalar var ki indi bu mövzudan bəhs edəcik.

Ümumiyyətlə bu gün xalçaları fabriklərdən, satışı mərkəzlərindən və ikinci əl işlənmiş qədimi xalçaları bir başa satıcıdan ala bilərik. Xalça alarkən diqqət olunacaq məqamlar var ki hər bir alış tipinə şamil olunur və bu da xalça alarkən aldanmaların qarşısını alır. İndi isə xalça alarkən diqqət edəcəyimiz xüsusları qeyd edək.

  1. İlk növbədə alacağımız xalça fabrik xalçasıdırsa satıcıdan xalçanın sertifikatını tələb etmək. Bu həm xalçanın hansı keyfiyət göstəricisi olduğunu göstərir həm də bu sertifikat ilə bu xalçanı ölkə daxilindən kənara çıxara bilərik.
  2. Qiymət baxımından bir xalçanı daha ucuz qiymətə almaq istəyiriksə bunu bir başa xalça istehsalı fabrikindən və yaxud emalatxanadan almağımız daha sərfəli olacaqdır. Bir başa fabrikdən alacağımız xalçalar digər xalça satış mərkəzlərindən alınan xalçalardan 2 dəfə daha ucuz olacaqdır.
  3. Xalça alarkən ən önəmli məqam hansı xalçanın hansı iplikdən və sapdan hazırlandığını araşdırmaq lazımdır. İpək saplarla toxunmuş xalçalar yüngül olur və tərpətdikcə parıltı effekti verir.
  4. Əgər xalçadan bir o qədər anlayışınız yoxdursa onda bilmək lazımdır ki bir xalçanın ən əsas keyfiyət göstəricisi sapların keyfiyəti, xalçaya vurulmuş boyanın keyfiyyəti, bir də ilmələr arası sıxlığıdırki xalça alarkən bunlara diqqət etmək lazımdır. Əgər bir xalçada ilmə arası məsamələr aralıdırsa xalça yuma zamanı yavaş yavaş bu ilmə araları daha da genişlənərək xalçanın sökülməsinə səbəb olacaqdır. Xalçanın ilmələrinin hər kvadrat metr sıxlığı 100 min dən 150 min arasıdırsa bu xalçanın keyfiyətli olduğunu göstərir. Xalçanın boyasının keyfiyyətli olması da vacib şərtlərdəndir. Çünki xalça yuma zamanı bu boya ya bir rəng digərinə qarışacaq ya da xalçanın rəngi çıxaraq bozarmağa başlayacaqdır.
  5. Xalçanın istehsal və yaxud toxunma tarixini öyrənmək. Əgər bir xalçanın yaşı 100 dən çoxdursa artıq bu qədimi xalçadır və bunu ölkədən kənara çıxarmaq qadağandır.
  6. Xalçanın xovlu və yaxud xovsuz olduğuna diqqət etmək.

Ölçüləri. Ümumiyyətlə xalça seçərkən tələsmək olmaz. Pərdə, divan, mebel və digər ev əşyalarını aldıqdan sonra xalça seçimini ən sona saxlamaq lazımdır. Əgər evinizin qarma qarışıq görsənməsini istəmirsinizsə xalçaları mebel və digər ev əşyalarının altına gizlədə bilərsiniz. Kiçik olan otaqların daha geniş görünümü üçün isə açıq rəngli xalçalara önəm vermək lazımdır.

Xalça Yumada ləkələr necə çıxarılır

Xalça Yumada ləkələr necə çıxarılır?

Xalça Yumada ləkələr necə çıxarılır?

Dünyada xalça istifadəsinə görə ən öndə gedən ölkələr şərq ölkələridir. Elə istehsal miqyasının həcminə görə də şərq ölkələri dünyanın digər ərazi və zonalarından seçilir. Azərbaycan da xalça istifadəsinə görə öndə gedən ölkələrdəndir. Bu gün evlərimizə baxsaq hər kəsin evində fəqli zonanın ipliyinə, naxışlarına, üslubuna, tarixinə aid olan xalçaları görə bilərik. Buna səbəb isə tarix boyu ölkəmizdə xalçaçılığın inkişaf etməsi olmuşdur.

 Evlərimizdə bu əşyaların çoxluğu müəyyən vaxtdan bir bu ev dekorlarının təmizliyini tələb edir. Əlbəttəki bir neçə aydan bir evdəki xalçaların yuyulması mütləqdir. Giygenik qaydalara əməl edərək xalçaları yuduzdurmağımız sağlamlığımız üçün ən vacib şərtlərdəndir. Bəzən isə təmiz olan xalçalarımızın üzərinə çay, kofe, boya, mürəkkəb və yaxud digər kimyəvi maddələr tökülə bilər. Bu zaman isə təcili olaraq xalça yuma firmasına sifariş etmədən öncə bu ləkələrin yerində qarşısının alıması lazımdır. Çünki uzun müddət xalçanın üzərində qalan bu maddələr daha sonra xalça yuma firmasında antibakterial şampunların istifadəsi zamanı getməyə bilər və çətin gedən ləkələrə çevrilə bilər. Bu zaman qorxmağınıza ehtiyac yoxdur. İndi sizə təqdim edəcəyimiz praktik üsul və asan yollar ilə ev şəraitində xalçalara necə qulluq olunacağı qaydaları ilə tanış olacıq.

Hər ləkə fərqli üsullarla çıxarılmalıdır. Xalça yumada hər ləkəyə eyni qaydanı tədbiq edərsək bu zaman ləkələr getməyə bilər və xalçalarımız daha da pis vəziyyətə düşərək zədələnə bilər. Bu səbəbdən sizlərə xalçada olan hansı ləkəni hansı qayda və üsul ilə aparacağımızı izah edəcik.

Xalça Yumada çay ləkəsi necə çıxarılır?

Xalçalarınızın üzərinə çay ləkəsi calanıbsa mümkün olduğu qədər daha tez müdaxilə etmək lazımdır. Əgər xalçanın üzərində uzun müddət çay ləkəsi saxlanıbsa bunu aparmaq çətinlik törədəcək. Bəzən isə bu xalçanın materialından asılı olaraq bu getməyə bilər. Xalçanın üzərinə tökülmüş çayı quru yaxud yaş salfet ilə silməkdənsə parçanı həmin çay tökülmüş hissəyə qoymaq daha əlverişlidir. Bu parça həmin hissənin suyunu öz daxilinə çəkəcək və gələcəkdə xalça yuma zamanı bu ləkənin çıxarılması daha da asanlaşacaq. Bundan sonra 1 limonu sıxaraq həmin hissəyə töküb xalçanın saralmasının qarşısını ala bilərik.

Xalça Yumada ləkələr necə çıxarılır

Xalça Yumada boya ləkəsi necə çıxarılır?

Boya ləkəsi 3 cür ola bilər ki bu da fərqli üsullarla xalçadan təmizlənir.

  1. Sulu boya
  2. Quru boya
  3. Yağlı boya

Sulu və quru boya ləkələrinə nisbətən yağlı boyalar xalçalardan daha çətin çıxarılır. Ümumiyyətlə hər üç boya tipini təmizləyərkən daha diqqətli olmaq lazımdır. Çünki düzgün qaydada aparılmayan iş nəticəsində boya xalçanın daha da dib hissəsinə çökərək getməyən ləkələrə çevrilə bilər. Xalça üzərinə yenicə tökülmüş sulu boyanı isti su ilə və ağ dəsmal ilə çıxara bilərik. İsti suyu bir sprey qapına tökərək həmin hissəyə isti su vurub ağ dəsmal ilə silin. Burada isti suyu həmin hissəyə vurub ləkənin yumşaldılmasını gözləmək vacibdir. Əgər ləkə uzun müddət həmin hissədə qalıbsa onda bu ləkəni çıxarmaqda çətinlik törədə bilər. Belə ləkələri WD-40 ilə də təmizləyə bilərik. Yenədə olduğu kimi bu ləkənin üzərinə bu maddəni vurub ləkənin yumşalmasını gözləyirik və daha sonra ağ dəsmal ilə silirik. Bu üsul effektiv xalça yuma üsullarındandır. Bundan əlavə sulu boya ləkəsini eyni qaydada açiston ilə təmizləyə bilərik.

Dediyimiz kimi yağlı ləkələrin çıxarılması daha çətindir. Ancaq bu ləkələrdən qorxmaq lazım deyil. Çünki bu ləkələri də aparmaq üçün üsullarımız var. Yağlı ləkələrdə ilk öncə xalçanın üzərindəki çox olan yağlı hissə küt bir alətlə çıxarılır. Daha sonra həmin boya olmuş hissə terebetin tökərək yağlı hissənin yumşalmasını gözləmək və daha sonrada ağ dəsmal ilə silə bilərik. Bundan sonra 2 stəkan suya kimyəvi ləkəçıxarıcı madələr əlavə edib fırçalaya bilərik. Fırçalama zamanı həmin ləkənin böyük bir hisəsi yoxa çıxacaqdır. Yağlı boyaların xalçadan təmizlənməsi zamanı da WD-40 istifadə edə bilərik. Bu da xalça yuma zamanı yaxşı effekt verəcəkdir. Yağlı boyanı təmizləyərkən izopropil spirtinin istifadəsi də gözəl nəticə verən xalça yuma üsullarındandır.

Xalça Yumada boya ləkəsi necə çıxarılır
Xalça Yuma

Xalça Yuma 2021

Xalça Yuma 2021

Xalça Yuma

Xalça Yuma – Bu gün evlərimizdə otaqlarımızın istiliyini təmin edən xalçalarımız istifadə olunduğu qədər də qulluq etməyimizi tələb edir. Bunun üçün xalçalarımızın yuyulmasını xalça yuma servislərinə etibar etməyimiz kifayətdir. Bu həm xalçaların görünüşcə təmiz olmağını təmin edər həm də tibbi yöndən sağlamlığımız üçün çox önəmlidir.

İlk öncə onu deyək ki xalçalar materialına, formasına, istehsal tarixinə görə bir birindən fərqləndiyi üçün eyni qaydada yuyulmur. Əgər biz bu sadaladığımız faktorlara fikir vermədən xalçaları eyni qaydada yuyarsaq həmin xalçaya ziyan vura bilərik. Ona görədə xalça yuma firmasına gətirilən xalçalar növünə görə bir birindən ayrılır. Əldə toxunma xalçaları, fabrik istehsalı xalçaları yuyulma zamanı suyun tempraturuna və xalçaya vurulan antibakterial şampunlara görə bir birindən fərqli üsulda yuyulur.

Beləki xalça yuma şirkətlərinə aparılaraq yuyulan xalçalarımız ancaq xalçanın yuyularaq qurudulması prosesi ilə bitmir. Ümumiyyətlə xalça yuma işi bir neçə proseduru özündə cəm edir. İndi isə xalça yuma zamanı xalçanın hansı prosedur qaydaları ilə yuyulduğuna baxaq.

1. Xalça Yuma- Toz alma

Xalça yuma şirkətlərinə gətirilərək yuyulan xalçalar yuyulmadan öncə ilk növbədə toz alma işi həyata keçirilir. Toz alma xalça yumada çox önəmli bir prosesdir. Çünki tozu alınmamış xalçalar həm gələcəkdə xalçanın ömrünün qısalmasına səbəb olar həm də tozu alınmamış xalçanın tərkibində toz qalar və bu yuma zamanı xalçanın 50 faiz yuyulması deməkdir. Beləki toz alma üçün xalçalar toz alma otaqlarına aparılır və tərkibindəki toz tam olaraq çırpma aparatı ilə təmizlənir. Daha sonra isə yuyulma otaqlarına gətirilir.

2. Xalça Yuma

Toz alma prosesindən sonra dediyimiz kimi xalçalar yuma otaqlarına gətirilərək yuyular. Burada xalçalar əldə yuma aparatlarında və avtomat xalça yuma aparatlarında yuyulur. Əldə toxunma xalçalar hər zaman əldə yuma aparatlarında yuyulur. Çünki digər avtomat aparatları əldə toxunma xalçanı zədələyə bilər. Bu xalçalar əl aparatları ilə daha diqqətli şəkildə yuyulur. Avtomat xalça yuma aparatları isə üzərində 6 ədəd xalça yuma fırçalarında ibarətdir. Burada xalçaya istifadə olunan antibakterial şampunlar və fırçanın xalça üzərində yuma prosesi avtomatik olaraq programlaşdırılmış şəkildə olur.

3. Xalça Yuma-Sıxma

Xalçalar xalça yuma makinalarında yuyulduqdan sonra sıxma prosesinə göndərilir. Bu zaman xalçalar sıxma makinalarında 4 dəqiqə ərzində 90 faiz sıxılır və tərkibində müəyyən dərəcədə nəmlilik qalır. Sıxma makinaları da programlaşdırılmış şəkildə vaxtı özü təyin edir.

4. XalçanYuma-Qurutma

Xalçalar sıxıldıqdan sonra isə tam olaraq qurudulması üçün qurutma otaqlarına göndərilir. Burada xalçanın tərkibində az nəm olan hissə tam olaraq qurudulur. Bu otaqlar tam qapalı otaqlardır və burada xalçalar havalandırma şəraitində qurudulur. Otağın tam qapalı olması xalçanı tozdan qoruyur.

5. Xalça Yuma- Paketləmə

Qurutma otaqlarından sonra təbii ki ən son prosedur gəlir. Beləki tam olaraq qurudulmuş xalçalar ən son baxış ilə üzərində kənar xırda cisimlərin olub olmamasına baxılır. Daha sonra isə ətir vurularaq paketlənir və ünvana təslim olunur.

Pərdə yuma qaydaları

Perde Yuma

Perde Yuma

Pərdə yuma qaydaları

Evlərimizin ən önəmli aksesuarlarıdan biri pərdələrdir. El deyimi ilə tül pərdələr evlərin gəlinliyi də adlandırılmışdır. Buna səbəb isə pərdələrin evlərimizə verdiyi  gözəl  görüntü və dekorasiya olmuşdur. Rənginə, formasına, ölçüsünə görə pərdələr evin mebelinə, divar kağızına görə bir-birindən fərqləndirilərək seçilir.

Ona görə də pərdələr var olduqları məkanın ən cəlbedici ünsürlərindən biridir. Evlərdə və ya məkanda olan divan və yumşaq mebelin rəngi, forması da pərdə seçimində çox böyük rol oynayır. Beləki  klassik və ya avangard olan divan və yumşaq mebelə uyğun eyni tərzdə pərdələr seçilərək uyğunlaşdırılır. Bu gün inkişaf etmiz texnoloji yeniliklərlə pərdə mədəniyyətində bir birindən gözəl  heyranedici pərdə növləri istehsal olunaraq evlərimizin bir bəzəyinə çevrimişdir.

Dediyimiz kimi pərdələr evlərimizin gözəlliyini təmin etməklə yanaşı müəyyən müddətdən bir bu pərdələrin təmizliyinə ehtiyac duyulur. Çünki çirklənmiş pərdələr tozu və çirki daxilinə çəkərək həm sağlamlığımız üçün təhlükəli olar həm də çirkli pərdələr görünüşcə  çox pis görsənər. Buna görə də ildə 2 yaxud 3 dəfə Pərdə Yuma şirkətlərinə ehtiyac duyulur.

Perde yuma Firması

Maksimum Təmizlik perde yuma firması profisional  servis personalı ilə evlərinizdən və yaxud iş yerlərinizdən pərdələrinizi sökərək təhvil alır. Perde yuma  Firmamıza gətirilən pərdələr rənginə, materialına görə çeşitləndirilərək perde yuma prosesinə göndərilir. Hər fərqli tipdə olan pərdələr fərqli perde yuma proseduru ilə yuyulur. Ümumiyyətlə pərdələr sənaye tipli pərdə yuma makinalarında  pərdələrə zərər dəymədən yuyulur. Bu makinalar fərqli perde yuma programları ilə təchiz olunub.

Pərdə Yuma üsulları
Perde Yuma

Perde Yuma-Pərdələrin yuyulmasında istifadə olunan dərman və perde yuma şampunları da pərdələrin rəngində canlanma yaradar və gözəl görsənməsini təmin edər. Pərdələr yuyulduqdan sonra elə perde yuma makinalarında 90 faiz qurudular. Bu makinalar pərdələrin iplik və parçasına heç bir zərər vurmaz. Yuyulan pərdələr makinadan çıxarılaraq tam qurudulmaq üçün qapalı məkanlarda qurudular. Tam olaraq qurudulmuş pərdələr ütülənmə olaqlarına gətirilər və press ütülənmə ilə ütülənər. Bunda sonra müştərinin istəyinə uyğun olaraq ətir vurular və paketlənərək ünvana təslim olunar.

Pərdə Yuma Qiyməti

Maksimum təmizlik perde yuma firmasında pərdənin 1 metri 2 manata yuyulur. Əlbəttəki bu hündürlüyü 3 metr olan pərdələrə aiddir. Hündürlüyü 3 metrdən artıq olan pərdələr isə fərqli tarif ilə hesanlanır. Pərdələr ölçülərkən isə ayaq hissəsindən eninə ölçülür və perde yuma 1 metri 2 manat ilə hesablanır. Asılma xidməti isə əlavə ödənişlə servis olunur. Perde yuma firmamız bütün bu xidmətlərin tər-təmiz gürülməsinə 100% təminat verir.

Perde Yuma Əlaqə

Maksimum təmizlik perde yuma Firmamız həftənin hər günü xidmətimizdədir. Sifariş üçün şəhər nömrələrindən 012 555 20 62,  mobil nömrələrdən 055 555 20 62 və  055 670 43 43 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Göstərilən xidmətlər barədə operatorlarımızla əlaqə saxlayıb və yaxud  web saytımızdan www.maksimumtemizlik.az xidmətlər bölməsindən əlavə məlumat ala bilərsiniz. Saytımızın chat hissəsindən və sosial şəbəkə hesablarımızdan da sifariş verə bilərsiniz

Xalça Yuma Qiymətləri

Xalca Yuma Qiymetleri 2021

Xalca Yuma Qiymetleri

Xalça Yuma Qiymətləri

Xalca Yuma Qiymetleri – Xalçalarımızın təmizliyi evlərimizdə sağlamlığımızı qarantiya altına alan və əhval ruhiyyəmizi yüksəldən bir ev təmizliyi işlərindəndir. Təbii ki təmiz və pak bir məkanda oturmaq, işləmək əhval ruhiyəmizin yüksək olmasına səbəb olar. Bu istər işlədiyimiz ofis olsun istərsədə yaşadığımız məkan, görəcəyimiz işin uğurlu olmasında bizlərə çox yardımcı olar.

Xalça təmizliyi xidmətində işimiz əlbətdəki xalça yuma firmalarından keçir. Bu gün Bakıda çox sayda Xalça Yuma firmaları fəaliyyət göstərir ki, bunların hər biri xidmətin keyfiyyətinə, Xalca Yuma Qiymetleri görə bir birindən fərqlənirlər. Bu servis xidmətindən yararlanan insanlar da bəzən göstərilən xalça yuma xidməti keyfiyyətinin çox aşağı olmasından yada Xalca Yuma Qiymetleri şikayətlənirlər. Bunun üçün Xalça Yuma xidməti axtararkən tək olaraq qiymətləri deyil görüləcək işin keyfiyyətini nəzərə alaraq araşdırma aparmaq lazımdır.

Təbii ki səriştəsiz və təcrübəsiz yuyulan xalçalarda nəinki gözlədiyimiz gözəl nəticə hətta xalçalarda cırılmalar və zədələnmələr ola bilər. Yüksək bir qiymətə aldığımız xalçalarımız bu xalça yuma firmalarında təmizlənərək yuyulmağı bir kənara əksinə zədələnə bilər. Ümumiyyətlə bir çox xalça yuma firmalarında Xalca Yuma Qiymetleri avtoyuma məntəqələrindəki xalça yuma xidmətindən heç də fərqlənmir.

Xalça Yumada ləkələr necə çıxarılır

Burada xalçaya vurulan şampunların keyfiyyəti və yaxud xalça təzyiqlə yuyulduqdan sonra sulu şəkildə asılması aydındırki xalçaya zərər vuracaq. Xalçanın təmizliyində gözəl nəticə əldə etmək üçün ilk növbədə antibakterial və orqanik şampunlardan istifadə etmək lazımdır. Mikrob və bakterialardan qorunmaq üçün istifadə olunan şampunların antibaketrial olmağı vacibdir. Ikinci növbədə xalça yumada istifadə olunan şampunların orqanik olmağı vacibdir. Çünki kimyəvi şampunlar çox böyük ehtimal ilə xalçada rəng qarışımına səbəb olur.

Daha sonra yaranacaq problemlərdən biri odurki, xalçalar yuyulduqdan sonra islaq şəkildə asılır. Bu zaman xalçanın parçası deformasiyaya uğrayır və xalçanın formasında dəyişiklik olaraq uzanır və yaxud qısalmalar baş verir. Ancaq təcrübəli xalça yuma firmalarında isə xalçalar yuyulduqda sonra 4-5 dəqiqə ərzində 90-95 faiz qurudulur.

Bu da xalçanın uzun ömürlü olmasına gətirib çıxarır. “Maksimum təmizlik”  Xalça Yuma firmasında xalçalar dediyimiz kimi antibakterial təmizlik şampunları ilə yuyulur. Bu şampunlar ilə yuyulan xalçalarınız bakteriya və mikroblardan azad olunar. Bununla yanaşı istifadə olunan şampunların  orqanik olması xalçanın rəngini və saplarının uzun ömürlü olmasını təmin edər.

“Maksimum Təmizlik”  Xalça Yuma firması nəinki müştərilərinə təmizlik qarantisi verir hətta Xalca Yuma Qiymetleri ilə və xalça yuma endirim kampaniyaları ilə müştərilərini hər zaman sevindirir. Xalça yuma qiyməti  1 kvadrat metri 2 manatdır. Çatdırılma xidmətimiz isə pulsuzdur.

Xalça Yuma prosesi

Xalça Yuma metodları 2021

Xalça Yuma metodları

Xalça Yuma metodları

Xalça Yuma Metodları-Xalçalar millətimizin mədəni irsi və tarixi olduğu üçün evlərimizdə ən çox istifadə etdiyimiz ev əşyalarındandır. Gün boyu təmasda olduğumuz bu xalçalar çirklənir və xalçanın dib hissəsinə yemək qırıntıları və gözlə görülməyən toz çökür. Bu tozun və çirkin sağlamlığımıza birbaşa zərəri vardır.

Bu səbəbdən yaşadığımız ev və mənzillərin xalça yuma firmalarına ehtiyacı var. Bu xalça yuma firmaları bizim işin-gücün çox olduğu şəhər həyatında dəyərli vaxtımıza qənaət etməyimizdə xalça yuyularkən ən düzgün xalça yuma metodları ilə yüksək su israfının qarşısını almaqda və bizə bu ağır və çətin işlərin  görülməsində yardım edər.

Beləki bu xalça yuma firmaları təcrübəli işçi qrupu ilə bu işi keyfiyyətli və antibakterial xalça yuma metodları və şampunları ilə həyata keçirərlər. Bu təmizlik işinin görülməsində təcrübə çox böyük rol oynayır ki, düzgün qaydada istifadə olunmayan dərmanlar xalçalarımıza zərər vura bilir. Əgər bu sahədə müəyyən təcrübəniz varsa bu işi ev şəraitində də görə bilərsiniz.

Bu gün xalçalarımızın Xalça Yuma firmalarında hansı xalça yuma metodları ilə yuyulmasından bəhs edəcik. Əlbəttəki xalçalar tikilişinə, materialına görə bir birindən fərqlənir. Bu səbəbdən fərqli olan hər bir xalça fərqli prosedurla, fərqli su tempraturunda və fərqli formada yuyulur. Məsələn: Əldə toxunma xalçaları isti suda yusaq həmin an rəng qarışımı olacaq və xalçamız zədələnəcək. Bununla yanaşı əldə toxunma xalçaları tərkibində su olan vəziyyətdə qurutmaq üçün asqıdan asmaq olmaz. Yenədə rəng qarışmasına səbəb olar.

Bunun üçün xalça yuma firmalarında əldə toxunma xalçalar yuyulduqdan sonra bu xalça yumametodları ilə sıxma aparatlarında 4-5 dəqiqə ərzində 90-95 faiz qurudulur. Bununla belə əldə toxunma xalçaları kimyəvi dərmanlarla yusaq yenədə xalçanın rəngləri bir-birinə qarışacaq. Bunun üçün bu xalçalar antibakterial organik xalça yuma şampunları ilə yuyulur.

İlk öncə  dərindən xalça yuma barəsində danışaq.

1. Dərindən Xalça Yuma

Dərindən xalça yumada firmaya gətirilən xalçalar ilk növbədə çırpılma otaqlarına aparılır. Xalçaların dərininə təmizliyi üçün düzgün qaydada çırpılması vacib şərtdir. Bu çırpılma ilə xalçanın dibinə çökmüş yemək qırıntıları və toz-torpaq xalçadan təmizlənər və daha sonra xalça yuma otaqlarına aparılaraq antibakterial dərmanlarla yuyulur. Daha sonra qurutma otaqlarına gətirilərək xalça tam şəkildə qurudulanadək burada saxlanılar. Xalçalar qurudulduqdan sonra isə ətir vurulub paketlənərək ünvanlara təslim edilər.

2. Antibakterial Şampunlarla Xalça Yuma

Antibakterial şampunlarla xalça yuma dedikdə burda həm organik həm də kimyəvi şampunlarla xalça yuma metodları nəzərdə tutulur. Tərkibindən asılı olmayaraq hər bir xalçanın yuyulması şampunlarla həyata keçirilir. Xalçalar yuyularkən şampunlarla bu çirk və ləkələr yumşaldılır və sonra fırçalarla yuyularaq bu çirklərdən azad edilir. Xalçaların yuyulması prosesi müxtəlif şampunlarla həyata keçirilir. Diqqət etmək lazımdırki xalçalar yuyularkən keyfiyyətli məhsullardan istifadə olunsun.

3. Buxarla Xalça Yuma

Buxarla xalça yuma ən çox ofis, iş yerləri və döşəməyə bərkidilmiş xalçaların üzərində həyata keçirilir. Buxarla xalça yuma zamanı xalçalar ilk öncə xalçaların üzərindəki toz və yemək qırıntıları vakkum vasitəsi ilə çəkilir və daha sonra isti buxarla xalçanın üzərindəki ləkələr yumşaldılır. Daha sonda xalçalara dərman vurularaq fırçalanma işi başlayır. Fırçalama işi bitdikdən sonda vakkum aparatları ilə xalçanın üzərindəki çirkli köpük çəkilir. Daha sonra yenidən xalçalar isladılaraq vakkum aparatı ilə çəkilir. Bu proses xalçanın tərkibindəki çirkli köpük bitənə qadər davam etdirilir. Bundan sonra bu xalçaları 1 gün ərzində havalandırma ilə qurutmaq mümkundür.

4. Quru Xalça yuma

Quru xalça yuma elə adından da göründüyü kimi xalçaya su vurmadan xalça yuma metodudur. Bu zaman xalçaya toz şəklində nəmli bir maddə vurulur. Toz şəklində olan bu maddələr 15-20 dəqiqə ərzində xalçanın tərkibindəki çirki və digər qırıntıları öz tərkibinə çəkir. Dediyimiz kimi 15-20 dəqiqə gözlədikdən sonra bu vurulan maddə vakkum aparatı ilə çəkilir. Elə də çox istifadə olunmayan bu xalça yuma metodu çox vaxt ofislərdə və iş yerlərində həyata keçirilir.

Divan və yumşaq mebel təmizliyi

Divan Yuma 2021

Divan Yuma

Divan və yumşaq mebel təmizliyi

Divan Yuma – Ofis, iş yerləri və evlərimizdə hər gün təmasda olduğumuz divan və yumşaq mebellərimizdə müəyyən bir müddət aralığında təmizliyə ehtiyac duyulur. Gün boyu istifadədə olan bu ev  və ya ofis əşyalarının daxilinə çirk, ləkə, toz keçir və rəngində qaralma və bozarmalar olur. Əslində bu divan və yumşaq mebellərimizin ancaq görünüşündə bir hissədir. Divanın daxilindəki mikrob və bakteriyalar isə işin qorxunc tərəfidir. Evlərimizdə olan körpələr ağız vasitəsi ilə bu əşyalarla təmasda olur və bu əzizlərimizin, körpələrimizin həyatı üçün çox riskli və təhlükəlidir.  

Xalçalarımızı zədələnmələrdən qoruyaq

Divan yuma üçün Təmizlik Vasitələri

Divan və yumşaq mebellərin təmizliyində istifadə olunan təmizlik vasitələri marketlərdə satışda olan təmizlik məhsullarından tamamilə fərqlidir. Divan və yumşaq mebel təmizliyi firmalarında təmizlik üçün istifadə olunan təmizlik vasitələrinin hər biri xüsusi olaraq sağlamlığa zərəri olmayan antibakterial ləkə çıxarıcı yuyucu vasitələridir. Bu şampunlar parçanın rəngində və materialında heç bir bozarma, rəng dəyişimi və zədələnmələrə səbəb olmur. Əksinə divan və yumşaq mebellərinizdə əvvəlki kimi yeni görünüm və gözəl ətir qoxulu effekti yaradır.

Divan Yuma üçün istifadə olunan avadanlıqlar

Dediyimiz kimi divan yumada istifadə olunan dərman və şampunlar sağlamlıq üçün zərəri olmayan antibakterial təmizlik vasitələridir. Bunun yanında təmizlik üçün istifadə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətli profisional təmizlik avadanlıqlarıdır ki bu aparatlarla ən çirkli divan və kresloları bəmbəyaz edərək əvvəlki vəziyyətinə qaytarmaq olur.

Divan yuma üçün istifadə olunan buxar aparatı ilə divanın üzərindəki ləkə və çirklər tam olaraq yumşaldılır və sonra  üzərinə şampunlar vurularaq fırçalanır. Fırçalanma zamanı divanın parçasının tərkibindəki çirk üzə çıxır. Sonra bu vakkum aparatı ilə çəkilir və yenidən isladılır. Bu prosedur təkrarlanır və divanın tərkibində olan çirklər yüksək təzyiqli aparatla tam olaraq çıxarılır. Bundan sonra divanın tərkibində az nəm qalır. Tam olaraq qurudulması isə bir gün çəkir.

Divan Yumada məhsullarınız təmizlik qarantı Ev şəraitində marketlərdən aldığınız ucuz təmizlik məhsulları və təmizlik üçün sadə əl fıçası ilə divan və kreslolarınızı yuyarsınızsa  bu ev əşyalarına zədə vura bilərsiniz. Bu iş üçün heç bir təcrübəniz yoxdursa işi daha da qəlizləşdirə bilərsiniz. Çünki mənşəyi bəlli olmayan bu təmizlik vasitələri divanın parçasında cırılma,rəng qarışımına və rəngində bozarmağa səbəb ola bilər.

Ona görə təcrübəsiz şəkildə divan yumadan qaçınmalısınız. Bu işi isə bizə həvalə edin. Maksimum Təmizlik firmasının bu sahədə uzun illərin təcübəsi var. Biz təmizliyini gördüyümüz hər bir iş üçün təmizlik qarantı veririk. Bu qarant üçün firmamızın uzun illər təmizlik sahəsində təcrübə görmüş işçi kollektivi kifayətdir. Bununla yanaşı təmizlik firmamız Bakı divan yuma, Sumqayıt divan yuma, Xırdalan divan yuma firmaları ilə bu bölgələrdə fəaliyyət göstərərək ən ucuz və keyfiyyətli təmizlik xidmətlərini göstərir.

Antibakterial Xalça Yuma

Antibakterial Xalça Yuma 2021

Antibakterial Xalça Yuma

Antibakterial Xalça Yuma

Antibakterial Xalça Yuma-Gigiyena və təmizlik baxımından Xalça Yuma diqqət tələb edən mövzulardandır. Evlərimizdə hər gün xalçalarımız tozsoran ilə təmizlənsədə xalçalarımız nə dərəcədə təmiz olur? Xalçalarımızı bakteriyalardan və tozlardan tam şəkildə azad edə bilirikmi? Əlbətdəki xeyr.

Bunun üçün ən azı ildə 3 dəfə xalçalarımızın dərininə təmizliyi vacibdir. Hələ evlərimizdə balaca körpələr varsa evlərimizin ildə 4 ya 5 dəfə Antibakterial Xalça Yuma xidmətinə ehtiyacı var. Evlərində evcil heyvan saxlayanlar varsa bakteriya, mikrob və tozlardan qorunmaq üçün mütləq şəkildə sizə antibakterial Xalça Yuma xidməti lazımdır.

Son zamanlar evlərdə xalça yuma işi azalmışdır. İnsanlar bu zəhmətli işi bu sahədə təcrübəsi olan profesional xalça yuma şirkətlərinə həvalə edirlər. Bununla insanlar görüləcək işin zəhmətini, təcrübəsiz yuyulacaq xalçaya dəyən zədələnməni, vaxta olan israfı  dərk edirlər və bu işi bu sahədə təcrübəsi olan şirkətlərə həvalə edirlər. 

Xalça yuma fabriklərində xalçalar xalçanın materialına, növünə, tikilişinə, rənginə görə fərqli xalça yuma üsulları ilə yuyulur. Əldə toxunma xalçalar, İran xalçaları, Yun xalçalar, Ipək xalçalar bunların hər biri fərqli fırçalarla, fərqli xalça yuma şampunları ilə fərqli su tempraturlarında yuyulur.

Ev şəraitində isə bu təmizlik işləri əlbəttə ki çox risklidir. Maksimum Təmizlik xalça yuma firması isə sizləri bu risklərdən qoruyacaq. Bir zəng ilə evinizin görüləcək bu təmizlik xidmətlərini yerinə yetirərək sizlərə xoş əhval, rahatlıq, evlərinizə isə gözəl bahar təravəti gətirəcək. Xalçalarımız xalça yuma xidmətindən sonra evlərimizə gətirildikdən sonra belə diqqət olunacaq məqamlar var ki bu yolla xalçalarımızın zədələnməsinin qarşısını ala bilərik. Xalça yuma firması tərəfindən evlərimizə gətirilən xalçaları uzun müddət plastik paketlərdə saxlamaq düzgün deyil.

Ümumiyyətlə havasız şəraitdə uzun müddət qalan istənilən bir əşya zədələnməyə məruz qalır. Həmçinin havasız şəraitdə paketdə saxlanımış xalçaların ipliklərində çürümə başlayır və bu da xalçanın parça və ilmələrinin keyfiyyətdən düşməsinə və zədələnməsinə səbəb olur. Ən azından paketin hər iki tərəfini açmaq lazımdır ki xalçanın havalandırması olsun. Bunun üçün plastik paketlərin üzərində “Xalçanı paketlərdə saxlamaq məsləhət deyil” xəbərdarlıq mesajı qeyd olunur. Ümumiyyətlə bu paketlər xalçanın firmadan müştərinin mənzilinə qədər təmiz və səliqəli bir şəkildə çatdırılması üçündür.

Pərdə yuma qaydaları

Perde yuma

Perde yuma

Perde yuma qaydaları-Bu gün sizlərə ev şəraitində perde yuma üçün lazım olan məhlullar və perde yuma qaydaları haqqında məlumat verəcik. Ümumiyyətlə pərdələrinizi ev şəraitində yuyarkən çox diqqətli olmalısınız ki düzgün qaydada yuyulmayan pərdələrinizə zərər vura bilərsiniz. İndi sizə pərdələrinizdə heyranedici təmizliyə qovuşmaq üçün lazımı məsləhətləri qeyd edəcik.

1. Soda ilə perde yuma

Soda ilə perde yuma da biraz çətinlik törətsədə nəticə etibarilə çox effektivdir. Bunun üçün Pərdələrinizi geniş bir qabın içinə qoyursunuz və içinə su əlavə edirsiniz. Suyun səviyyəsi pərdəni keçdisə kifayətdir. Sonra üzərinə soda əlavə olunur. Bir gün pərdənin sodalı suda qalmağı vacibdir. Növbəti gün pərdələrinizi bu qabdan çıxarıb normal qaydada yuya bilərik.

Soda ilə pərdə yuma

2. Qabyuyan Tableti ilə perde yuma

Perde yuma üçün istifadə edə biləcəyiniz ən effektiv üsullardan biri də qabyuyan tabletləridir. Pərdələrinizi  paltaryuyana qoymadan öncə üzərinə qabyuyan tablet əlavə etsəniz pərdələrinizdə ağappaq bir görünüşün şahidi olacaqsınız.

Qabyuyan Tableti ilə pərdə yuma

3. Karbonat ilə perde yuma

Bu üsul da pərdələrinizi sadə qaydada yuyulmasındakı təmizliyindən daha fərqli bir nəticəni verəcək. Paltaryuyanın yuyucu vasitələri əlavə olunan hissəsinə 2 xörək qaşığı karbonat əlavə edin və normal perde yuma qaydasında yuyun, gözəl nəticənin şahidi olun. Ancaq karbonatı birbaşa pərdələrin üzərinə də əlavə edə bilərsiniz.

Karbonat ilə pərdə yuma

 4. Sirkə ilə Perde Yuma

Sirkənin pərdə təmizliyində ən effektiv üsullardan biri olduğunu bilirdinizmi? Bəli yoxlamağa dəyər. Sirkə ev şəraitində perde yuma üçün ən çox istifadə olunan məhlullardan biridir. Eyni qaydada sirkəni paltaryuyanın yuyucu vasitələri əlavə olan hissəsinə və yaxud bir başa pərdənin üzərinə əlavə edin və normal qaydada yuyun. Sirkə pərdənizdə yumuşaqlıq və bəyaz bir görünüş əmələ gətirəcək.

Sirkə ilə Pərdə Yuma

5. Şəkər tozu ilə perde yuma

Şəkər tozu ilə perde yuma sizə çox qəribə görsənsədə bu çox effektiv üsullardan biridir. Tül və yaxud pərdələrinizi normal perde yuma qaydası ilə paltaryuyana qoyursunuz və uzərinə 2 çay qaşığı şəkər tozu əlavə edirsiniz. Sonra normal yuma qaydasında yuyursunuz və əvvəlkindən daha bəyaz pərdələrə sahib olursunuz. Bəlkə şəkər tozunun pərdələrdə yapışqanlıq effekti yaradacağını düşünəcəksiniz. Ancaq narahat olmayın. Şəkər tozu paltar yuyan maşınının isti suyunda yoxa çıxacaq və pərdələrinizdə gözəl görünüş yaradacaqdır.

Şəkər tozu ilə pərdə yuma

 6. Qaya duzu ilə perde yuma

Tül və perde yuma üsullar içərisində ən gözəl üsullardan biri də qaya duzu ilə pərdə yumadır. Bu həm də təbii bir yuma üsuludur. Bunun üçün pərdələrinizi geniş bir qaba qoyun və üzərinə su əlavə edin. Daha sonra üzərinə hər perde üçün 4 yemək qaşığı qaya duzu əlavə edin. Pərdələrinizi bir gün həmin suyun içərisində saxlayın. Sonra normal perde yuma qaydası ilə yuyun. Nəticə sizi heyran edəcək.

Qaya duzu ilə pərdə yuma