Zəmanətlə Xalça yuma

Zəmanətlə Xalça yuma

Zəmanətlə Xalça yuma

Zəmanətlə Xalça yuma

Zəmanətlə Xalça yuma

Zəmanətlə Xalça yuma – Gün boyu vaxtımızı keçirdiyimiz evlərimizin və ofislərimizin əşyalarının təmizliyini təmizlik firmalarına əmanət edirik. Bəs bu firmaların təmizlik xidmətlərindən nə qədər razıyıq? Bu firmalar görüləcək bu təmizlik xidmətlərini hansı zəmanətlə görürlər?

   Ümumiyyətlə təmizlik mövzusu sağlamlığımız üçün həyatımızda vacib olan bir məsələdir. Evlərimizin bəzəyinə çevrilən və soyuğa qarşı və rahatçılığımızı təmin edən və döşəmələrdə istifadə etdiyimiz xalçalarımız çirklənərək həyatımız və sağlamlığımız üçün təhlükəyə çevrilirlər. Bunun üçün Xalça Yuma Firmaları seçərkən diqqətli olmalıyıq. Çünki Xalça Yuma zamanı istifadə olunan təmizlik vasitələri də bizim üçün təhlükə mənbəyinə çevrilə bilər.

O zaman Xalça Yumada istifadə olunan təmizlik vasitələrinin özəllikləri necə olmalıdır?

Zəmanətlə Xalça yuma

  1. Xalça yumadan sonra xalçanın üzərində heç bir çöküntü qalmamalıdır. Əgər təmizlik vasitələrinin tərkibində kimyəvi maddələr çox olarsa o zaman xalça yuyulduqdan sonra o kimyəvi maddələr xalçanın dib hissəsinə çökər və xalça qurudulduqdan sonra üzə çıxar. Həm də kimyəvi tərkibli maddələr xalçanın ömrünü qısaldar.
  2. Xalçanın üzərində olan ləkə və çirki aparmalıdır. Əlbəttəki hər birimiz üçün xalçanın üzərindəki ləkə və çirkin aparılması ən önəmli şərtlərdəndir. Uzun müddət çirk və ya ləkə xalçanın üzərində qalarsa aparılması daha da çətinləşər.
  3. Xalça Yuma zamanı istifadə olunan təmizlik vasitələri keyfiyyətli və gigiyenik özəlliklərə sahib olmalıdır. Günümüzdə çox firmalar xalça yumanın daha ucuz başa gəlməsi üçün daha ucuz yuyucu vasitələrdən istifadə edirlər. Bu maddələr xalça durulanarkən xalçanın tərkibindən tam azad olunmadığı üçün alergiya xəstəliyinə səbəb olar.
  4. Xalça Yuma şampunları antibakterial olmalıdır və sağlamlıq üçün heç bir təhlükəsi olmamalıdır. Bu da sağlamlıq üçün ən önəmli səbəblərdəndir. Çünki gün ərzində xalçalarımızın üzərinə milyonlarla mikrob və bakteriyalar çökür və bunlar həyatı risk daşıyan amillərdir.
  5. Xalça yuma üçün istifadə olunan şampunlar xalçalar yuyulduqdan sonra xalçanı əvvəlki parlaq və canlı görünümünə qaytarmalıdır. Qədərindən çox xalçaya vurulan şampunlar nəinki xalçada parlaqlıq yaradır əksinə xalçanın rənginin solmasına gətirib çıxarır.
  6. Xalça Yuma şampunları bitki tərkibli olmalıdır. Təmizlik vasitələri nə qədər bitki tərkibli olarsa bu xalçanın ömrünü o qədər uzun edər və xalça ipliklərinin çürüməsinin və sökülməsinin qarşısını alar.

Dediyimiz kimi Xalça Yuma firması seçərkən yuyulmada keyfiyyət bizim üçün çox önəmlidir. Bununla yanaşı zamanında çatdırılma da bizim üçün çox vacib bir məsələdir. Bəzi firmalar xalçanı vəd olunan müddətdən çox gec bir vaxtda geri qaytarır. ”Maksimum Təmizlik” Xalça yuma firması həm xalçaların tərtəmiz yuyulması mövzusunda həm də zamanında çatdırılması mövzusunda hər zaman müştərilərinə sadiqdir.

Sifariş qəbul olunduğu vaxtdan qısa bir vaxt ərzində ünvandan xalçalar təhvil alınır. Təhvil alındığı müddətdən 5 gün ərzində xalçalar tam olaraq hazır edilərək ünvana çatdırılır. Çatdırılma xidmətimiz isə pulsuzdur. Xalça firmaya gətirilərkən ilk öncə təsnifləndirmə prosesi gedir. Burada hər bir xalça materialına görə seçilərək təsnifləndirilərək fərqli prosedur qaydaları ilə yuyulur. Dediyimiz kimi ilk öncə xalçalar təsnifləndirilir.

Daha sonra isə yuma prosesinə göndərilir. Bundan sonra isə xalçalar qurudulmaq üçün xalça sıxma makinalarında sıxılır. Sıxılan xalçalar daha sonra qurudulmaq üçün qapalı məkanlara gətirilir. Dediyimiz bu qapalı məkan vinteliyasiya sistemi ilə təchiz olunub. Xalça sıxma makinasında 90 faiz qurudulmuş xalçalar bu qapalı məkanlara gətirilərək 100 faiz qurudulur.

Qurudulmuş bu xalçalar daha sonra seçilərək ətir vurulur və paket olunaraq evlərə təslim olunur. Dediyimiz bu prosedur qayqaları hamısı xüsusi təcrübə görmüş işçi qrupu tərəfindən həyata keçirilir. Görülən bu işlərin hər birinə isə firma tərəfindən zəmanət verilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir