Yorğan döşək yuma

Yorğan Döşək Yuma

Yorğan Döşək Yuma-Gigiyena cəhətdən ciddi qulluq tələb edən,hər gün bədən ilə təmasda olduğumuz ev əşyalarından biri də yun yorğan və döşəkdir. Tozu daxilinə qəbul etmiş yun yorğan və döşək alergik xəstəliklərə səbəb olur. Bunun üçün ən azı ildə bir dəfə bu əşyaların yuyulmağı vacibdir.

Ev şəraitində isə yun yorğan və döşək yuma işi çox çətin ev təmizliyi işlərindəndir. Həm şərait baxımından həm də fiziki olaraq görüləcək iş baxımından yun yorğan və döşək yuma prosesi xüsusi bir məkan və bu işdə müəyyən təcrübəsi olan bir insan əməyi tələb edir. Yun yorğan və döşək yumada diqqət olunası vacib olan məqamlar var. İlk növbədə yunun soyuq su ilə yuyulmağı əsas şərtdir.

Çünki isti su ilə yuyulan yun yığılaraq öz formasının dəyişməsinə səbəb olur. Bu səbəbdən yorğan döşək yuma işi təmizlik təcrübəsi olan işçi qrupunun görməyi şərtdir. Yaxud nəm şəklində sırınmış yorğan və döşəklərdə bakteriya və kiflənməyə səbəb ola bilər. Ona görə də bu çox zəhmət tələb edən bir prosesdir. Ümumiyyətlə yun yorğan və döşək yuma müəyyən prosedur qaydaları ilə yuyulur. İlk növbədə yun üzlüklərdən çıxarılır. Daha sonra yun çırpılır və yuma prosesinə göndərilir. Yun yuyulduqdan sonra qapalı məkanda qurudulmaq üçün göndərilir. Və burada yunun tam olaraq quruması üçün digər tərəflərinə çevrilir. Yuxarıda dediyimiz kimi əsas məqamlardandır ki, yun nəm qalmasın.

Çünki bu bakteriya və kiflənməyə səbəb olur. Tam olaraq qurumuş yun didilir və istəyə bağlı olaraq yeni üzlüklərə doldurulur. Bir zənginiz və sifarişiniz ilə əməkdaşlarımız yorğan və döşəklərinizi ünvandan təhvil götürərək firmamıza gətirib, yuyur, didir, sırıyır və 5 gün ərzində hazır edərək ətirləyib, paketdə ünvanınıza təhvil verir. Qeyd etdiyimiz kimi yorğan döşək yuma firmamız bu təmizlik xidmətlərini çox keyfiyyətli və ucuz qiymətlərlə təşkil edir.Belə ki bir nəfərlik yun yorğan və ya döşəyin yuyulma qiyməti 25 manatdir.

Bunun daxilinə yuxarıda sadaladığımız bütün proseslər daxildir. Döşəyin üzlüyünün çıxarılaraq yunun çırpılması, didilməsi , yuyulması qurudularaq yenidən üzlüyə doldurulub ünvana çatdırılması. Aparılıb gətirilərkən göstərilən servis xidmətimiz isə pulsuzdur. Sifariş edin və xidmətimizdən məmnun qalın!