Xalçalar haqqında bilmədiyimiz 10 maraqlı fakt
Xalçalar haqqında bilmədiyimiz 10 maraqlı fakt
- Bir insanın dərisindən bir saat ərzində orta hesabla 1.3 milyon dəri hüceyrələri tökülür. Bu da evdə xalçaların dib hissəsinə çökür.
- Xalçalarımızı güvələrdən və digər həşaratlardan qorumaq üçün istifadə etdiyimiz naftalin nəfəs almağımıza çətinlik törədərək başağrısı, ürəkbulanması və digər təsirlərlə sağlamlığımıza zərər vura bilər.
- Bir xalçanı görünüşcə daha parlaq etmək istəyirsinizsə üzərinə duz səpin və bir saat sonra elektirikli süpürgə ilə təmizləyin. Duz ayaq izlərinə və çirklərə qarşı çox effektivdir.
- Evdə xalçaları tozsoran ilə təmizlədiyimiz zaman tozsorandan ayrılan hava orqanizmimizdə bağırsaq mikroblarının artımına gətirib çıxardaraq sağlamlığımıza ziyan vurur.
- Xalçanın səthinə yapışmış saqqızı çıxarmaq üçün buzu saqqız olan hissəyə qoyun və buz əriyənə qədər gözləyin. Bu üsul ilə saqqız xalçanın üzərindən qopacaqdır.
- Xalçanızın üzərinə tökülmüş qırmızı şərab ləkəsini çıxarmaq üçün həmin hissəni nəmləndirin və üzərinə soda əlavə edərək ovuşdurun. Əgər az miqdarda ləkə qalarsa üzərinə sirkəli su əlavə edin.
- Dünyanın ən qədim xalçası 2000 ildən çox yaşı olan Pazırık xalçasıdır. 1940-cı ildə Sibirin cənubunda Skif məzarlığından tapılmışdır.
- Evlərimizdə mikrobların ən çox olduğu hissə tualet, mətbəxdə zibil qutuları, istifadə etdiyimiz qab süngərləri və xalçaların tozunu alarkən tozsorandan ayrılan bakterialı havadır
- Evlərimizdə istifadə etdiyimiz xalçalar ildə ən azı 2 dəfə profisional şəkildə yuyulmalıdır.
- Dunyan ən böyük xalçası Birləşmiş ərəb əmirliyində Abu Dabidə Ölçüsü 5625 kvadrat metr olan xalçadır. Xalçanın ərsəyə gəlməsində 200 İranlı iştirak etmiş və xalçanın dəyəri 5.8 milyon dollardır
Leave a Reply