Xalçaçılıq tarixində izlərimiz

Xalçaçılıq tarixində izlərimiz

Xalçaçılıq tarixində izlərimiz

Xalçaçılıq tarixində izlərimiz

Xalçaçılıq tarixində izlərimiz

Müasir dövrdə xalça hər bir evin əsas ehtiyaclarından birinə çevrilmişdir. İlk dönəmlər xalça bir məişət əşyası olsa da sonradan xalçaçılıq inkişaf etdirilərək bir sənət səviyyəsinə qalxmışdır. Hər dövrdə xalqımız yaşadığı dövrü hadisələri , olayları , xalçaların üzərinə əks etdirmişdir. Beləki hər əsrin xalçaçılığı o dövrün mədəniyyətini , duyğularını , düşüncələrini gələcək nəsilə ötürməyə yardım edir. Ölkəmizdə xalçaçılıq vətənimizin tarixini əks etdirən zəngin bir tarix olmaqla yanaşı mənəvi dəyərlərimizi əks etdirən bir mirasdır.

Tarix boyu ölkəmizdə xalçaçılığın inkişaf etməsində əsas səbəblər ölkəmizin coğrafi vəziyyəti, iqlim şəraiti və əhalinin təsərrüfatla məşğul olması idi. Bununla yanaşı ölkəmiz şərqlə qərbi birləşdirən ipək yolunun üzərində yerləşdiyi üçün bu da xalçaçılığın inkişafına öz təsirini göstərmişdir. Ancaq Sovet dönəmində xalçaçılığın inkişafında müəyyən bir məhdudiyyətlər qoyulsa da Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra xalçaçılığın inkişafına xüsusi bir diqqət ayrıldı. İlk öncə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun imzalandı. Daha  sonra müasir standartlara cavab verən xalçaçılıq muzeyi inşa olundu. Bununla belə xalçaçılığın inkişafı üçün rayonlarda xalça toxuma mərkəzləri yaradıldı.

Bildiyimiz kimi tarix boyu Azərbaycan xalça ixrac edən ölkələrdən olmuşdur. Bu gün dünyaca məhşur olan İtalia, Hollandiya rəssamlarından olan Hans Memlinqin “Məryəm körpəsi ilə”, Karlo Krivellonun “Müjdə”, Hans Holbeynin “Elçilər” tablolarında Qarabağ, Gəncə və Qazax xalçalarının təsviri verilmişdir. “Viktoriya və Albert”, “Metropoliten”, “Luvr”, “Ermitaj”, “Filadelfiya” kimi tanınmış muzeylərdə isə Azərbaycan xalçaları qorunub saxlanılır. Bu gün  dövlət başçımız tərəfindən yaradılan “Azərxalça” ASC xalçaçılığın inkişafında ən prespektivli addımlardan oldu. 2016-2017 ci illərdə rayonlarda xalçaçılıq mərkəzləri tikildi və xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olundu. Dövlət proqramına uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında yunəyirici-boyaq fabrikinin , ölkə ərazisində xalça istehsalı sahələrinin yaradılması davam etdirilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir