Xalça Yumada ləkələr necə çıxarılır?

Xalça Yumada ləkələr necə çıxarılır

Xalça Yumada ləkələr necə çıxarılır?

Xalça Yumada ləkələr necə çıxarılır?

Dünyada xalça istifadəsinə görə ən öndə gedən ölkələr şərq ölkələridir. Elə istehsal miqyasının həcminə görə də şərq ölkələri dünyanın digər ərazi və zonalarından seçilir. Azərbaycan da xalça istifadəsinə görə öndə gedən ölkələrdəndir. Bu gün evlərimizə baxsaq hər kəsin evində fəqli zonanın ipliyinə, naxışlarına, üslubuna, tarixinə aid olan xalçaları görə bilərik. Buna səbəb isə tarix boyu ölkəmizdə xalçaçılığın inkişaf etməsi olmuşdur.

 Evlərimizdə bu əşyaların çoxluğu müəyyən vaxtdan bir bu ev dekorlarının təmizliyini tələb edir. Əlbəttəki bir neçə aydan bir evdəki xalçaların yuyulması mütləqdir. Giygenik qaydalara əməl edərək xalçaları yuduzdurmağımız sağlamlığımız üçün ən vacib şərtlərdəndir. Bəzən isə təmiz olan xalçalarımızın üzərinə çay, kofe, boya, mürəkkəb və yaxud digər kimyəvi maddələr tökülə bilər. Bu zaman isə təcili olaraq xalça yuma firmasına sifariş etmədən öncə bu ləkələrin yerində qarşısının alıması lazımdır. Çünki uzun müddət xalçanın üzərində qalan bu maddələr daha sonra xalça yuma firmasında antibakterial şampunların istifadəsi zamanı getməyə bilər və çətin gedən ləkələrə çevrilə bilər. Bu zaman qorxmağınıza ehtiyac yoxdur. İndi sizə təqdim edəcəyimiz praktik üsul və asan yollar ilə ev şəraitində xalçalara necə qulluq olunacağı qaydaları ilə tanış olacıq.

Hər ləkə fərqli üsullarla çıxarılmalıdır. Xalça yumada hər ləkəyə eyni qaydanı tədbiq edərsək bu zaman ləkələr getməyə bilər və xalçalarımız daha da pis vəziyyətə düşərək zədələnə bilər. Bu səbəbdən sizlərə xalçada olan hansı ləkəni hansı qayda və üsul ilə aparacağımızı izah edəcik.

Xalça Yumada çay ləkəsi necə çıxarılır?

Xalçalarınızın üzərinə çay ləkəsi calanıbsa mümkün olduğu qədər daha tez müdaxilə etmək lazımdır. Əgər xalçanın üzərində uzun müddət çay ləkəsi saxlanıbsa bunu aparmaq çətinlik törədəcək. Bəzən isə bu xalçanın materialından asılı olaraq bu getməyə bilər. Xalçanın üzərinə tökülmüş çayı quru yaxud yaş salfet ilə silməkdənsə parçanı həmin çay tökülmüş hissəyə qoymaq daha əlverişlidir. Bu parça həmin hissənin suyunu öz daxilinə çəkəcək və gələcəkdə xalça yuma zamanı bu ləkənin çıxarılması daha da asanlaşacaq. Bundan sonra 1 limonu sıxaraq həmin hissəyə töküb xalçanın saralmasının qarşısını ala bilərik.

Xalça Yumada ləkələr necə çıxarılır

Xalça Yumada boya ləkəsi necə çıxarılır?

Boya ləkəsi 3 cür ola bilər ki bu da fərqli üsullarla xalçadan təmizlənir.

  1. Sulu boya
  2. Quru boya
  3. Yağlı boya

Sulu və quru boya ləkələrinə nisbətən yağlı boyalar xalçalardan daha çətin çıxarılır. Ümumiyyətlə hər üç boya tipini təmizləyərkən daha diqqətli olmaq lazımdır. Çünki düzgün qaydada aparılmayan iş nəticəsində boya xalçanın daha da dib hissəsinə çökərək getməyən ləkələrə çevrilə bilər. Xalça üzərinə yenicə tökülmüş sulu boyanı isti su ilə və ağ dəsmal ilə çıxara bilərik. İsti suyu bir sprey qapına tökərək həmin hissəyə isti su vurub ağ dəsmal ilə silin. Burada isti suyu həmin hissəyə vurub ləkənin yumşaldılmasını gözləmək vacibdir. Əgər ləkə uzun müddət həmin hissədə qalıbsa onda bu ləkəni çıxarmaqda çətinlik törədə bilər. Belə ləkələri WD-40 ilə də təmizləyə bilərik. Yenədə olduğu kimi bu ləkənin üzərinə bu maddəni vurub ləkənin yumşalmasını gözləyirik və daha sonra ağ dəsmal ilə silirik. Bu üsul effektiv xalça yuma üsullarındandır. Bundan əlavə sulu boya ləkəsini eyni qaydada açiston ilə təmizləyə bilərik.

Dediyimiz kimi yağlı ləkələrin çıxarılması daha çətindir. Ancaq bu ləkələrdən qorxmaq lazım deyil. Çünki bu ləkələri də aparmaq üçün üsullarımız var. Yağlı ləkələrdə ilk öncə xalçanın üzərindəki çox olan yağlı hissə küt bir alətlə çıxarılır. Daha sonra həmin boya olmuş hissə terebetin tökərək yağlı hissənin yumşalmasını gözləmək və daha sonrada ağ dəsmal ilə silə bilərik. Bundan sonra 2 stəkan suya kimyəvi ləkəçıxarıcı madələr əlavə edib fırçalaya bilərik. Fırçalama zamanı həmin ləkənin böyük bir hisəsi yoxa çıxacaqdır. Yağlı boyaların xalçadan təmizlənməsi zamanı da WD-40 istifadə edə bilərik. Bu da xalça yuma zamanı yaxşı effekt verəcəkdir. Yağlı boyanı təmizləyərkən izopropil spirtinin istifadəsi də gözəl nəticə verən xalça yuma üsullarındandır.

Xalça Yumada boya ləkəsi necə çıxarılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir