Xalça Yuma metodları 2021

Xalça Yuma prosesi

Xalça Yuma metodları 2021

Xalça Yuma metodları

Xalça Yuma metodları

Xalça Yuma Metodları-Xalçalar millətimizin mədəni irsi və tarixi olduğu üçün evlərimizdə ən çox istifadə etdiyimiz ev əşyalarındandır. Gün boyu təmasda olduğumuz bu xalçalar çirklənir və xalçanın dib hissəsinə yemək qırıntıları və gözlə görülməyən toz çökür. Bu tozun və çirkin sağlamlığımıza birbaşa zərəri vardır.

Bu səbəbdən yaşadığımız ev və mənzillərin xalça yuma firmalarına ehtiyacı var. Bu xalça yuma firmaları bizim işin-gücün çox olduğu şəhər həyatında dəyərli vaxtımıza qənaət etməyimizdə xalça yuyularkən ən düzgün xalça yuma metodları ilə yüksək su israfının qarşısını almaqda və bizə bu ağır və çətin işlərin  görülməsində yardım edər.

Beləki bu xalça yuma firmaları təcrübəli işçi qrupu ilə bu işi keyfiyyətli və antibakterial xalça yuma metodları və şampunları ilə həyata keçirərlər. Bu təmizlik işinin görülməsində təcrübə çox böyük rol oynayır ki, düzgün qaydada istifadə olunmayan dərmanlar xalçalarımıza zərər vura bilir. Əgər bu sahədə müəyyən təcrübəniz varsa bu işi ev şəraitində də görə bilərsiniz.

Bu gün xalçalarımızın Xalça Yuma firmalarında hansı xalça yuma metodları ilə yuyulmasından bəhs edəcik. Əlbəttəki xalçalar tikilişinə, materialına görə bir birindən fərqlənir. Bu səbəbdən fərqli olan hər bir xalça fərqli prosedurla, fərqli su tempraturunda və fərqli formada yuyulur. Məsələn: Əldə toxunma xalçaları isti suda yusaq həmin an rəng qarışımı olacaq və xalçamız zədələnəcək. Bununla yanaşı əldə toxunma xalçaları tərkibində su olan vəziyyətdə qurutmaq üçün asqıdan asmaq olmaz. Yenədə rəng qarışmasına səbəb olar.

Bunun üçün xalça yuma firmalarında əldə toxunma xalçalar yuyulduqdan sonra bu xalça yumametodları ilə sıxma aparatlarında 4-5 dəqiqə ərzində 90-95 faiz qurudulur. Bununla belə əldə toxunma xalçaları kimyəvi dərmanlarla yusaq yenədə xalçanın rəngləri bir-birinə qarışacaq. Bunun üçün bu xalçalar antibakterial organik xalça yuma şampunları ilə yuyulur.

İlk öncə  dərindən xalça yuma barəsində danışaq.

1. Dərindən Xalça Yuma

Dərindən xalça yumada firmaya gətirilən xalçalar ilk növbədə çırpılma otaqlarına aparılır. Xalçaların dərininə təmizliyi üçün düzgün qaydada çırpılması vacib şərtdir. Bu çırpılma ilə xalçanın dibinə çökmüş yemək qırıntıları və toz-torpaq xalçadan təmizlənər və daha sonra xalça yuma otaqlarına aparılaraq antibakterial dərmanlarla yuyulur. Daha sonra qurutma otaqlarına gətirilərək xalça tam şəkildə qurudulanadək burada saxlanılar. Xalçalar qurudulduqdan sonra isə ətir vurulub paketlənərək ünvanlara təslim edilər.

2. Antibakterial Şampunlarla Xalça Yuma

Antibakterial şampunlarla xalça yuma dedikdə burda həm organik həm də kimyəvi şampunlarla xalça yuma metodları nəzərdə tutulur. Tərkibindən asılı olmayaraq hər bir xalçanın yuyulması şampunlarla həyata keçirilir. Xalçalar yuyularkən şampunlarla bu çirk və ləkələr yumşaldılır və sonra fırçalarla yuyularaq bu çirklərdən azad edilir. Xalçaların yuyulması prosesi müxtəlif şampunlarla həyata keçirilir. Diqqət etmək lazımdırki xalçalar yuyularkən keyfiyyətli məhsullardan istifadə olunsun.

3. Buxarla Xalça Yuma

Buxarla xalça yuma ən çox ofis, iş yerləri və döşəməyə bərkidilmiş xalçaların üzərində həyata keçirilir. Buxarla xalça yuma zamanı xalçalar ilk öncə xalçaların üzərindəki toz və yemək qırıntıları vakkum vasitəsi ilə çəkilir və daha sonra isti buxarla xalçanın üzərindəki ləkələr yumşaldılır. Daha sonda xalçalara dərman vurularaq fırçalanma işi başlayır. Fırçalama işi bitdikdən sonda vakkum aparatları ilə xalçanın üzərindəki çirkli köpük çəkilir. Daha sonra yenidən xalçalar isladılaraq vakkum aparatı ilə çəkilir. Bu proses xalçanın tərkibindəki çirkli köpük bitənə qadər davam etdirilir. Bundan sonra bu xalçaları 1 gün ərzində havalandırma ilə qurutmaq mümkundür.

4. Quru Xalça yuma

Quru xalça yuma elə adından da göründüyü kimi xalçaya su vurmadan xalça yuma metodudur. Bu zaman xalçaya toz şəklində nəmli bir maddə vurulur. Toz şəklində olan bu maddələr 15-20 dəqiqə ərzində xalçanın tərkibindəki çirki və digər qırıntıları öz tərkibinə çəkir. Dediyimiz kimi 15-20 dəqiqə gözlədikdən sonra bu vurulan maddə vakkum aparatı ilə çəkilir. Elə də çox istifadə olunmayan bu xalça yuma metodu çox vaxt ofislərdə və iş yerlərində həyata keçirilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir