Xalça Yuma ilə sarı ləkələrə son

Xalçalara necə qulluq edək?

Xalça Yuma ilə sarı ləkələrə son

Xalça Yuma ilə sarı ləkələrə son 2021

Xalçalara necə qulluq edək?
Xalçalara necə qulluq edək?

Günümüzdə Xalça Yuma ən zəruri ev təmizliyi ehtiyaclarından birinə çevrilmişdir. Gün boyu istifadə olunan məişət əşyası kimi istifadə etdiyimiz xalçalarımız yemək qırıntıları ilə və yaxud evdə evcil heyvan saxlanırsa bu ev heyvanlarının yaratdığı ləkələr və yaxud evdə körpələrimizin oyun oynayarkən xalçalara saldığı hər hansı bir ləkələr xalçalarda çətin gedən ləkələrə çevrilə bilir. Bu gün günəş şüalarının xalçalarda yaratdığı ləkələr, yuyulduqdan sonra xalçalarda yaranan ləkələr, xalçalardan saralmış su ləkəsinin çıxarılması, əldə yuyulan xalçaların saralması və sair ən aktual olan xalça təmizliyi suallarına cavab tapmağa çalışacağıq.

Ümumiyyətlə ev şəraitində xalça yuma zamanı xalçalar ilk növbədə isladılır və sonra üzərinə müxtəlif şampunlar əlavə olunaraq əl fırçaları ilə fırçalanaraq yuyulur. Bu üsul ev şəraitində istifadə olunan xalça yuma üsuludur. Bu zaman xalçalarınızı üzərindəki toz və çirklər xalça yuma zamanı yuyular. Ancaq bu xalça yuma üsulunda çətin gedən ləkələri tam olaraq xalçalardan azad etmək mümkün deyildir. Ancaq fabrik üsulu ilə xalça yumada isə ən son texnoloji aparatlarla yuyulan xalçalar həm də antibakterial xalça yuma şampunları ilə yuyulur və bu şampunların sağlamlığa heç bir zərəri yoxdur. Bununla belə əl üsulu ilə xalça yuma zamanı yuyulan xalçalar yuyulduqdan sonra islaq şəkildə açıq havada asılır. Xalçanın qurudulması üçün ilk öncə xalçanın tərkinindəki su süzülərək xalçadan kənar olunur. Bu xalça yuma üsulu zamanı 70%-80%  xalçalarda saralmalar baş verir. Bu saralmalar suyun səbəb olduğu saralmadır. Fabrik üsulu ilə xalça yuma zamanı Xalçalar yuyulduqdan sonra Xalça sıxma aparatlarında 4 dəqiqə ərzində 90%  sıxılır və xalçanın tərkibində az miqdarda nəm qalır və bu qapalı məkanlarda qurudulur. Ev şəraitində qurudulan xalçalar isə dediyimiz kimi islaq şəkildə açıq yerlərdə asılır və bu zaman xalçanın tərkibinə yenidən toz-torpaq çökür və xalçalarda saralmalar baş verir. Bu daha çox açıq rəngdə olan xalçalarda müşahidə olunur. Bu səbəbdən fabrik üsulu xalça yuma ən etibarlı təmizlik xidmətidir.

Əgər ev şəraitində xalçaları yumuşuqsa o zaman bu xalçalardan sarı ləkələri necə çıxara bilərik? Bu bizə az bir hissəni təmizləməyə yardımcı olacaq. Əlbəttəki tam olaraq saralmış xalçanı aşağıda göstərilən xalça yuma üsulu ilə təmizləmək çox çətin hətta mümkünsüzdür. Bu zaman bizə aşağıda göstərilənlər ehtiyac olacaq:

  1. Su
  2. Hidrogen Peroksid
  3. Kiçik bir dəsmal

 Bu göstərilən üsul xalçanın sarı ləkələrdən təmizlənməsi üçün ən efektiv bir xalça yuma üsuludur. Beləki 1 stəkan suya 1 xörək qaşığı hidrogen peroksid əlavə edirik və həll olunmağını gözləyirik. Daha sonra bu məhlulu xalçada saralmış həmin hissələrə əlavə edib biraz gözləyirik. Sonra yenidən məhlul əlavə olunaraq həmin dəsmal ilə ləkə olan hissələrə ovalayaraq ləkə aparılır. Əgər ləkə getməzsə həmin suya yenidən hidrogen peroksid əlavə olunur. Bu ləkələrin xalçadan getməsi suyun tərkibində olan hidrogen peroksidin səviyyəsindən asılıdır. Çətin gedən sarı ləkələr məhlulun miqdarını artırdıqca aparmaq daha da asanlaşar. Dediyimiz kimi nəticə əldə edənə qədər göstərilən miqdarı əlavə edərək təkrarlayın. Əlbəttəki bu biraz vaxt aparan və yorucu bir işdir. Ev şəraitində xalça yuma zamanı xalçalarda yaranmış sarı ləkələri təmizləmək üçün istifadə edəcəyimiz prosedur qaydasını yenidən baxaq:

  1. Təxmini 1 xörək qaşığı hidrogen peroksidi 1 stəkan suda həll edirik.
  2. Əldə etdiyimiz məhlulu saralmış ləkələrin üzərinə əlavə edib gözləyirik.
  3. Daha sonra təmiz bir dəsmal ilə həmin hissəyə sürtərək durulamağa çalışırıq.
  4. Bu proseduru nəticə əldə edənə qədər təkrarlayırıq və bundan sonra xalçanın yaş olmuş hissəsinin qurudulması üçün altına hər hansi bir hava keçirəcək setka qoyaraq həmin hissənin daha tez qurumasını gözləyirik.

Bir izləyicimiz ev şəraitində xalça yuma zamanı xalçada yaranmış sarı ləkələri necə təmizlədiyini bizimlə bölüşmüşdür:

“Mən hər zaman xalçalarımı xalça yuma firmalarında yuduzdururam. Müəyyən səbəblərdən bu il xalçamı evdə yumağı qərara aldım. Etiraf etməliyəmki bu çox yorucu və əziyyətli bir xalça yuma oldu. Nəticə olaraq xalçamdakı toz və çirkin bir hissəsi xalçadan getdi. Ancaq xalça quruduqdan sonra xalçada sarı ləkələr ortaya çıxdı. Düşünürəmki bu suyun ləkələridir. Çünki xalçanı islaq şəkildə divara söykədik. Böyük ehtimal sarı ləkələrə səbəb uzun müddət xalçanın tərkibində qalan su oldu. Daha sonra bu ləkələri perekis deyilən dərmanla təmizlədim. Sarı ləkələrin bir hissəsi xalçadan getsə də tam olaraq getmədi. Bu səbəbdən məncə bu işi təcrübəli xalça yuma firmalarına etibar etmək lazımdır. Çünki ev şəraitində yuduğumuz xalçaların iplikləri də bir müddətdən sonra çürüyür və keyfiyəti aşağı düşür.”

Ümumiyyətlə ev şəraitində xalça yuma zamanı sarı ləkələri xalçanın rənginin tünd olması səbəbindən görə bilmirik. Yaxud xalçanın rəngi sarıdırsa və yaxud tünd rəngli xalçadırsa bu zaman yumadan sonra bu ləkələri görməyə maneçilik törədəcək. Ancaq açıq rəngli xalçalarda isə bu daha tez nəzərə çarpır. 

Xalça Yuma zamanı saralma səbəbləri:

  1. Xalça Yuma və Oksidasiya. Bəzi iplik və liflər oksidasiyaya məruz qalırlar. Xalçalar yuyulduqdan sonra istər günəş işığı olsun istər adi bir işıqda bu liflərdə oksidasiya prosesi gedir və həmin iplikdə saralma başlayır.
  2. Xalça Yumada və iplikdə PH Tərkibi. Bu gün istehsal olunan xalçaların tərkibindəki ipliyə müxtəlif kimyəvi tərkibli maddələr vurulur. Bu maddələr silikon və yaxud neylon tərkibli olduğu üçün xalçada çirklənməni və ləkələnməni gecikdirir. Xalça Yuma prosesindən sonra iplik tərkibində olan PH xalçadan azad olar və xalçanın tərkibində olan nəmlilik xalçada saralmağa səbəb olur.
  3. Xalça Yumada və xalçaya vurulan xüsusi ortüklər. Bildiyimiz kimi xalça istehsalı zamanı xalça ipliyinə bir çox kimyəvi maddələr vurulur ki,  yüksək istiliyə davamlılıq, qırışıqlılığın qarşısını alan maddələr, həşəratlardan qoruyucu maddələr bu da ilk xalça yuma prosesində xalçanın saralmasına səbəb olur.
  4. Xalça Yuma və Boya. İstehsal zamanı hər bir xalçaya boya və müxtəlif tipli rəngləndiricilər vurulur. Xalça Yuma zamanı xalça tez bir zamanda qurudulmazsa bu zaman bu quruduqdan sonra sarı rəndə çevriləcək.
  5. Xalça Yumada uzun müddət qalmış ləkələr. Xalça üzərinə düşmüş ləkələr uzun müddət xalçalarda qalarsa və təmizlənməzsə bu ləkələr sarı ləkələrə çevriləcəkdir. Ona görə xalça üzərinə ləkə düşərsə ləkə düşmüş hissəyə dərhal müdaxilə edərək təmizlənməsi mütləqdir.
  6. Xalça Yuma və Toz. Uzun müddət yuyulmayan xalçalar evlərimizdə olan tozu üzərinə çəkərək ipliklərin daxilinə hopur. Müəyyən müddət keçdikdən sonra isə tozlanma daha da artır və xalçada saralmalar başlayır.
Xalça Yuma ilə sarı ləkələrə son

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir