Xalça alarkən nəyə diqqət edək?

Xalça alarkən nəyə diqqət edək

Xalça alarkən nəyə diqqət edək?

Xalça alarkən nəyə diqqət edək?

Xalça alarkən nəyə diqqət edək

Başqa bir paylaşdığımız məqalədə dünyada ən çox xalça istehsal və istehlak edən ölkələrin Şərq ölkələri olduğunu və Azərbaycanın da bu ölkələr sırasında olduğunu qeyd etmişdik. Buna səbəb isə torpağımızın uzun tarixi və mədəni irsini nümunə göstərə bilərik. Beləki hər bir əsrimizin tarixini, mədəniyyətini həmin dövrün xalçaları özündə əks etdirir. Bir sözlə desək xalçaçılıq ölkəmizin, millətimiz tarixi bir irsidir hansı ki bu irs dövrdən dövrə qorunaraq gələcək nəsillərə ötürülür.

Dediyimiz kimi xalça evlərimizdə ən çox istifadə etdiyimiz əşyalardandır. Bu əşyalar çox istifadə olunduğu qədər də daha çox qulluq tələb edir. Xalçanın uzun ömürlü olması üçün xalça yuma firmalarında düzgün qaydada yuyulması vacibdir. Ümumiyyətlə xalçanın uzun müddət istifadəsi üçün xalça ipliklərinin materialının keyfiyyətli olması mütləqdir. Bunun üçün xalça seçərkən diqqət olunacaq qaydalar var ki indi bu mövzudan bəhs edəcik.

Ümumiyyətlə bu gün xalçaları fabriklərdən, satışı mərkəzlərindən və ikinci əl işlənmiş qədimi xalçaları bir başa satıcıdan ala bilərik. Xalça alarkən diqqət olunacaq məqamlar var ki hər bir alış tipinə şamil olunur və bu da xalça alarkən aldanmaların qarşısını alır. İndi isə xalça alarkən diqqət edəcəyimiz xüsusları qeyd edək.

  1. İlk növbədə alacağımız xalça fabrik xalçasıdırsa satıcıdan xalçanın sertifikatını tələb etmək. Bu həm xalçanın hansı keyfiyət göstəricisi olduğunu göstərir həm də bu sertifikat ilə bu xalçanı ölkə daxilindən kənara çıxara bilərik.
  2. Qiymət baxımından bir xalçanı daha ucuz qiymətə almaq istəyiriksə bunu bir başa xalça istehsalı fabrikindən və yaxud emalatxanadan almağımız daha sərfəli olacaqdır. Bir başa fabrikdən alacağımız xalçalar digər xalça satış mərkəzlərindən alınan xalçalardan 2 dəfə daha ucuz olacaqdır.
  3. Xalça alarkən ən önəmli məqam hansı xalçanın hansı iplikdən və sapdan hazırlandığını araşdırmaq lazımdır. İpək saplarla toxunmuş xalçalar yüngül olur və tərpətdikcə parıltı effekti verir.
  4. Əgər xalçadan bir o qədər anlayışınız yoxdursa onda bilmək lazımdır ki bir xalçanın ən əsas keyfiyət göstəricisi sapların keyfiyəti, xalçaya vurulmuş boyanın keyfiyyəti, bir də ilmələr arası sıxlığıdırki xalça alarkən bunlara diqqət etmək lazımdır. Əgər bir xalçada ilmə arası məsamələr aralıdırsa xalça yuma zamanı yavaş yavaş bu ilmə araları daha da genişlənərək xalçanın sökülməsinə səbəb olacaqdır. Xalçanın ilmələrinin hər kvadrat metr sıxlığı 100 min dən 150 min arasıdırsa bu xalçanın keyfiyətli olduğunu göstərir. Xalçanın boyasının keyfiyyətli olması da vacib şərtlərdəndir. Çünki xalça yuma zamanı bu boya ya bir rəng digərinə qarışacaq ya da xalçanın rəngi çıxaraq bozarmağa başlayacaqdır.
  5. Xalçanın istehsal və yaxud toxunma tarixini öyrənmək. Əgər bir xalçanın yaşı 100 dən çoxdursa artıq bu qədimi xalçadır və bunu ölkədən kənara çıxarmaq qadağandır.
  6. Xalçanın xovlu və yaxud xovsuz olduğuna diqqət etmək.

Ölçüləri. Ümumiyyətlə xalça seçərkən tələsmək olmaz. Pərdə, divan, mebel və digər ev əşyalarını aldıqdan sonra xalça seçimini ən sona saxlamaq lazımdır. Əgər evinizin qarma qarışıq görsənməsini istəmirsinizsə xalçaları mebel və digər ev əşyalarının altına gizlədə bilərsiniz. Kiçik olan otaqların daha geniş görünümü üçün isə açıq rəngli xalçalara önəm vermək lazımdır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir