Divan Təmizləmə 2023

Xalçalara necə qulluq edək?

Divan Təmizləmə 2023

            

Divan Təmizləmə. Dediyimiz kimi ofis və evlərimizdə divan və kreslo ən çox istifadə olunan bir ev əşyası olduğu üçün bu yumşaq ev əşyası ən çox çirklənən bir ev əşyasıdır. Bunun üçün də ev və ofislərimizdə bir neçə aydan bir divan təmizləmə xidmətinə ehtiyac duyulur.

Bu gün divan təmizləmə xidməti ən müasir makinalarla həyata keçirilir. Bu üsul ilə divanın üzərindəki ləkələr asan çıxarıldığı qədər də bəzən çətin gedən ləkələri bu yumşaq mebellərin parça və ipliyi üzərindən aparmaq çox çətinlik törədir. Divan və kreslo üzərinə tökülmüş yemək, yağ, meyvə şirəsi və digər ləkələri aparmaq asandır. Ancaq divanın üzərinə düşmüş boya, lak, mürəkkəb ləkəsi daha çətin çıxarılan ləkələrdəndirki uzun müddət bu parça üzərində qalıbsa bəzən bu ləkələrin aparılması mümkünsüz olur.

Divan yuma prosesi iki üsul ilə aparılır

  1. Orqanik Şampunlarla. Organik şampunlarla aparılan divan yuma zamanı divan ancaq orqanik şampunlarla aparılır. Bu sağlamlığa heç bir zərəri olmayan divan təmizləmə metodudur.
  2. Kimyəvi dərmanlar ilə divan təmizləmə. Bu üsul ən çox çətin gedən ləkələrin çıxarılması zamanı tədbiq olunur. Bu təmizləmə üsulunda maksimum kimyəvi maddələrin zərərini azaltmaq üçün divanın tərkibində olan dərman bir neçə dəfə isladılaraq parçanın tərkibində çıxarılmalıdır. Bu proses bir az daha uzun vaxt aparır. Ancaq sağlamlığımızı qorumaq üçün bu prosesin bir neçə dəfə təkrarlanması mütləqdir.

Dediyimiz kimi əgər divanın tərkibində kimyəvi maddələr qalıbsa divanın parçası quruduğu zaman bu maddələr toz halına çevrilib nəfəs yollarımız üçün ən təhlükəli bir düşmənə çevriləcəkdir. Bu da günümüzdə ən çox insanlarda bronxial astma və xroniki nəfəs yolları xəstəlikləri yaradacaqdır.

 Divan Təmizləmə
Divan Təmizləmə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir