Ədyal və sintepon yorğan yuma
Evlərimizdə istifadə etdiyimiz ədyal və sintepon yorğan yuma gündəlik olaraq bədənimizlə təmasda olan ev əşyalarından biridir. Ədyal və sintepon yorğanın daxilindəki toz sağlamlığımız üçün riskli olduğundan gigiyena və təmizlik bizim üçün çox önəmlidir.
Bəs ədyal və sintepon yorğanın təmizliyinə biz nə qədər önəm veririk? Ağzımızın, üzümüzün və bədənimizin digər hissələri hər gün bu ev əşyaları ilə təmasda olduğu ədyal və sintepon yorğanlarımızın harada və necə təmizləndiyini bilirikmi?
Bir sifarişinizlə servis xidmətimiz ünvanınıza gələrək təmizlənəcək bu ev əşyalarınızı ünvanınızdan təhvil alır. Sonra firmamıza gətirilərək xüsusi programlaşdırılmış təmizlik makinalarında yuyulur.
Yuma işində öncə çətin gedən çirk və ləkələr varsa həmin hissəyə yumşaldıcı və ləkə çıxarıcı maddələr vurulur. Daha sonra isə yuma prosesi başlayır. İlk öncə məhsul növünə və materialına görə təsnifləndirilir.
Hər bir məhsul müəyyən olunmuş istilik tempraturunda və makinanın müəyyən olunmuş rejimində yuyulur. Beləki ilk öncə ədyal və sintepon yorğan makinada 120 litrlik suda ilk yuma prosesi ilə çətin gedən çirk və ləkələr yuyulur və sonra çirkli su boşaldılaraq ikinci yuma prosesi başlayır.
Bu prosesdə də yenidən makinanın programı seçilərək 120 litrlik su ilə yenidən yuma işi başlayır və bu 40 dəqiqə davam edir.
Yuma prosesi bitdikdən sonra durulama işi başlayır və buda məhsulun tərkibində köpük və ya kimyəvi maddə qalmaması üçündür. Bundan sonra isə sıxma prosesi başlayır. Sıxma prosesində ədyal və sintepon yorğan 90 faiz sıxılır. Qalan qurutma işi isə qapalı məkanda vintelyasiya vasitəsi ilə qurudulur