Divan Yuma
Divan Yuma- Ofis, iş yerləri və evlərimizdə hər gün təmasda olduğumuz divan və yumşaq mebellərimizdə müəyyən bir müddət aralığında təmizliyə ehtiyac duyulur. Gün boyu istifadədə olan bu ev və ya ofis əşyalarının daxilinə çirk, ləkə, toz keçir və rəngində qaralma və bozarmalar olur.
Əslində bu divan və yumşaq mebellərimizin ancaq görünüşündə bir hissədir. Divanın daxilindəki mikrob və bakteriyalar isə işin qorxunc tərəfidir. Evlərimizdə olan körpələr ağız vasitəsi ilə bu əşyalarla təmasda olur və bu əzizlərimizin, körpələrimizin həyatı üçün çox riskli və təhlükəlidir.
Divan yuma üçün Təmizlik Vasitələri
Divan və yumşaq mebel yumada istifadə olunan təmizlik vasitələri marketlərdə satışda olan təmizlik məhsullarından tamamilə fərqlidir. Divan və yumşaq mebel təmizliyi firmalarında təmizlik üçün istifadə olunan təmizlik vasitələrinin hər biri xüsusi olaraq sağlamlığa zərəri olmayan antibakterial ləkə çıxarıcı yuyucu vasitələridir. Divan və yumşaq mebel yuma zaman bu şampunlar parçanın rəngində və materialında heç bir bozarma, rəng dəyişimi və zədələnmələrə səbəb olmur. Əksinə divan və yumşaq mebellərinizdə əvvəlki kimi yeni görünüm və gözəl ətir qoxulu effekti yaradır.
Divan Yuma üçün istifadə olunan avadanlıqlar 2021
Dediyimiz kimi divan və yumşaq mebel yumada istifadə olunan dərman və şampunlar sağlamlıq üçün zərəri olmayan antibakterial təmizlik vasitələridir. Bunun yanında təmizlik üçün istifadə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətli profisional təmizlik avadanlıqlarıdır ki bu aparatlarla ən çirkli divan və kresloları bəmbəyaz edərək əvvəlki vəziyyətinə qaytarmaq olur.
Divan yuma üçün istifadə olunan buxar aparatı ilə divanın üzərindəki ləkə və çirklər tam olaraq yumşaldılır və sonra üzərinə şampunlar vurularaq fırçalanır. Fırçalanma zamanı divanın parçasının tərkibindəki çirk üzə çıxır. Sonra bu vakkum aparatı ilə çəkilir və yenidən isladılır. Bu prosedur təkrarlanır və divanın tərkibində olan çirklər yüksək təzyiqli aparatla tam olaraq çıxarılır. Bundan sonra divanın tərkibində az nəm qalır. Tam olaraq qurudulması isə bir gün çəkir.
Divan Yumada məhsullarınız təmizlik qarantı 2021
- Ev şəraitində marketlərdən aldığınız ucuz təmizlik məhsulları və təmizlik üçün sadə əl fıçası ilə divan və kreslolarınızı yuyarsınızsa bu ev əşyalarına zədə vura bilərsiniz. Bu iş üçün heç bir təcrübəniz yoxdursa işi daha da qəlizləşdirə bilərsiniz. Çünki mənşəyi bəlli olmayan bu təmizlik vasitələri divanın parçasında cırılma,rəng qarışımına və rəngində bozarmağa səbəb ola bilər.
- Ona görə təcrübəsiz şəkildə divan yumadan qaçınmalısınız. Bu işi isə bizə həvalə edin. Maksimum Təmizlik firmasının bu sahədə uzun illərin təcübəsi var. Biz təmizliyini gördüyümüz hər bir iş üçün təmizlik qarantı veririk. Bu qarant üçün firmamızın uzun illər təmizlik sahəsində təcrübə görmüş işçi kollektivi kifayətdir. Bununla yanaşı təmizlik firmamız Bakı divan yuma, Sumqayıt divan yuma, Xırdalan divan yuma firmaları ilə bu bölgələrdə fəaliyyət göstərərək ən ucuz və keyfiyyətli təmizlik xidmətlərini göstərir.
- Günümüzün çox hissəsini üzərinə oturmaqla keçirdiyimiz rahatlığımızı təmin edən ev və ya ofis əşyalarından biri də divan və kreslolarımızdır. Bu da digər ev əşyaları kimi ildə bir neçə dəfə qulluq tələb edir. Gün boyu çox təmasda olduğumuz üçün ildə 2 dəfə divanlarımızın yuyulmağına ehtiyacı olur.
Üzərinə yemək, çay, kofe və digər ləkələr düşə bilər. Yaxud yeni qurulmuş ailələrdə uşaqlarımız boya, mürəkkəb və digər rəngli əşyalarla divan və kreslolarımıza ləkə sala bilərlər. Ümumiyyətlə divan və kreslolar üzərinə çirk və ləkə düşdükcə rəngində bozarmalar olur, ipliklərinin arasına çirk dolur və yeni aldığımız bu yumşaq mebellər çox köhnə kimi görsənir. Ancaq siz buna görə keyfinizi pozmayın bizə etibar edin!!!
Maksimum təmizlik firması evlərinizə gələrək yerində divan yuma xidməti göstərir. Professional təmizlik vasitələri, divan yuma vakkum aparatları və təcrübəli işçi heyəti ilə divan və kreslolarınız ilk günki kimi yeni görsənəcək. Ümumiyyətlə divan yuma ilk öncə divanın isladılması ilə başlayır. Divanın materialına görə işçilərimiz isladılmanın qədərini təyin edir. Daha sonra divanın üzərinə xüsusi antibakterial dərmanlar vurulur. Sonra biraz gözlənilir. Dərman çirklənmiş və ləkə olan bölgələrdə yumşaqlıq effekti yaradır.
Daha sonra alt hissəsi fırça olan divan yuma avadanlığı ilə divanın üzərində hərəkət etdirilərək köpükləndirmə başlanır. Fırçalama işi bitdikdən sonra vakkum aparatı ilə divanın üzərində olan bu köpük yığılır. Daha sonra divan isladılaraq yenidən vakkum aparatı ilə çəkilir. Divan yuma prosesi bu şəkildə 4-5 dəfə isladılaraq vakkumla çəkilməsi ilə davam etdirilir. Köpük bitənə qədər divan isladılır və köpük çəkilir.
Artıq divan yuma bitdikdən sonra divanın rəngi dəfələrlə dəyişir və əvvəlki parlaq görünüşünə qayıdır. Artıq bundan sonra əgər divanın üzərində hər hansı bir ləkə qalıbsa bu aydın görsənir və bunu isə yox etmək cox rahatdır. Bundan sonra hər hansı bir hissədə əgər ləkə qalıbsa həmin hissələrə xüsusi ləkə çıxarıcı dərmanlar vurularaq divanınız ləkələrdən azad edilir.
Bundan sonra eyni qaydada isladılaraq divanın tərkibində çirkli su çəkilir. Vakkumla çəkilmiş divanın tərkibində 10 faiz nəmlilik qalır, 90 faiz su isə aparatla çıxarılır. Divan və kreslonun tam olaraq qurumağı üçün isə bir gün vaxt lazımdır. Bundan sonra divan və kreslonuza ətirləndirici spreylər vurulur və yumşaq mebelinizdən xoş qoxu gəlir.
Divan və kreslo yumada qiymət divanın oturacağının sayı ilə hesablanır. Beləki divan və kreslonun bir oturacağı 15 manatdan hesablanır ki, bu da digər firmaların qiymətlərindən aşağıdır. Maksimum Təmizlik firması sizin büdcənizi düşünür və divan yuma qiymətlərini minimum ilə təyin edir. Keyfiyyətin isə maksimum həddini sizə təqdim edir. Elə isə siz də bizim divan yuma xidmətimizdən istifadə edin və Maksimum təmizlikdən zövq alın. Divan və yumşaq mebel yuma 2021