Perde yuma
Perde yuma qaydaları-Bu gün sizlərə ev şəraitində perde yuma üçün lazım olan məhlullar və perde yuma qaydaları haqqında məlumat verəcik. Ümumiyyətlə pərdələrinizi ev şəraitində yuyarkən çox diqqətli olmalısınız ki düzgün qaydada yuyulmayan pərdələrinizə zərər vura bilərsiniz. İndi sizə pərdələrinizdə heyranedici təmizliyə qovuşmaq üçün lazımı məsləhətləri qeyd edəcik.
1. Soda ilə perde yuma
Soda ilə perde yuma da biraz çətinlik törətsədə nəticə etibarilə çox effektivdir. Bunun üçün Pərdələrinizi geniş bir qabın içinə qoyursunuz və içinə su əlavə edirsiniz. Suyun səviyyəsi pərdəni keçdisə kifayətdir. Sonra üzərinə soda əlavə olunur. Bir gün pərdənin sodalı suda qalmağı vacibdir. Növbəti gün pərdələrinizi bu qabdan çıxarıb normal qaydada yuya bilərik.
2. Qabyuyan Tableti ilə perde yuma
Perde yuma üçün istifadə edə biləcəyiniz ən effektiv üsullardan biri də qabyuyan tabletləridir. Pərdələrinizi paltaryuyana qoymadan öncə üzərinə qabyuyan tablet əlavə etsəniz pərdələrinizdə ağappaq bir görünüşün şahidi olacaqsınız.
3. Karbonat ilə perde yuma
Bu üsul da pərdələrinizi sadə qaydada yuyulmasındakı təmizliyindən daha fərqli bir nəticəni verəcək. Paltaryuyanın yuyucu vasitələri əlavə olunan hissəsinə 2 xörək qaşığı karbonat əlavə edin və normal perde yuma qaydasında yuyun, gözəl nəticənin şahidi olun. Ancaq karbonatı birbaşa pərdələrin üzərinə də əlavə edə bilərsiniz.
4. Sirkə ilə Perde Yuma
Sirkənin pərdə təmizliyində ən effektiv üsullardan biri olduğunu bilirdinizmi? Bəli yoxlamağa dəyər. Sirkə ev şəraitində perde yuma üçün ən çox istifadə olunan məhlullardan biridir. Eyni qaydada sirkəni paltaryuyanın yuyucu vasitələri əlavə olan hissəsinə və yaxud bir başa pərdənin üzərinə əlavə edin və normal qaydada yuyun. Sirkə pərdənizdə yumuşaqlıq və bəyaz bir görünüş əmələ gətirəcək.
5. Şəkər tozu ilə perde yuma
Şəkər tozu ilə perde yuma sizə çox qəribə görsənsədə bu çox effektiv üsullardan biridir. Tül və yaxud pərdələrinizi normal perde yuma qaydası ilə paltaryuyana qoyursunuz və uzərinə 2 çay qaşığı şəkər tozu əlavə edirsiniz. Sonra normal yuma qaydasında yuyursunuz və əvvəlkindən daha bəyaz pərdələrə sahib olursunuz. Bəlkə şəkər tozunun pərdələrdə yapışqanlıq effekti yaradacağını düşünəcəksiniz. Ancaq narahat olmayın. Şəkər tozu paltar yuyan maşınının isti suyunda yoxa çıxacaq və pərdələrinizdə gözəl görünüş yaradacaqdır.
6. Qaya duzu ilə perde yuma
Tül və perde yuma üsullar içərisində ən gözəl üsullardan biri də qaya duzu ilə pərdə yumadır. Bu həm də təbii bir yuma üsuludur. Bunun üçün pərdələrinizi geniş bir qaba qoyun və üzərinə su əlavə edin. Daha sonra üzərinə hər perde üçün 4 yemək qaşığı qaya duzu əlavə edin. Pərdələrinizi bir gün həmin suyun içərisində saxlayın. Sonra normal perde yuma qaydası ilə yuyun. Nəticə sizi heyran edəcək.
Leave a Reply